Daxil ol

Daxil ol

AZƏRBAYCAN RESPUBLİKASININ VAHİD MƏHKƏMƏ PORTALI

Xəbərlər

https://courts.gov.az/az/main/news/Elanlar_11

2019-12-08 23:28:59

Axtarış

Elanlar

  1. Ədliyyə Nazirliyinin "Elektron məhkəmə" informasiya sistemi üzrə İşçi Qrupunun Elektron Hökumətin İnkişafı Mərkəzi ilə birgə işi nəticəsində vətəndaşların məhkəməyə əlçatanlığının asanlaşıdırlması məqsədi ilə "Elektron məhkəmə" informasiya sisteminin Şəxsi kabinetə ASAN loqin ilə daxil olma imkanı əlavə edilmişdir.

     

    Bu yenilik nəticəsində MyGov Portalının istifadəçiləri qeydiyyatsız "Elektron məhkəmə" informasiya sistemini Şəxsi kabinetinə daxil ola bilərlər.

     

    Xidmətə daxil olmaq üçün - Keçid

  2. Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun Beynəlxalq Hüquq Şöbəsi “Hüquqi yardım xidmətlərinin göstərilməsi üzrə layihə”ni həyata keçirir. Layihə çərçivəsində vətəndaşlara ödənişsiz hüquqi məsləhətlər və məlumatlar verilir. Xidmətlərdən həftənin 5 iş günü saat 10:00-dan 17:00-dək yararlanmaq mümkündür.
    Vətəndaşlar müraciət üçün aşağıda göstərilən telefon nömrələrinə zəng edə və yamüvafiq ünvana yaxınlaşa bilər:
    Tel.: (+994 12) 539 58 06
    E-mail: legalaid@science.az
    Ünvan: AZ1073, Azərbaycan, Bakı şəhəri, H. Cavid pr., 115 (AMEA-nın Hüquq və İnsan haqları İnstitutu)
    Gələrkən şəxsiyyəti təsdiq edən sənədi özünüzlə gətirmək xahiş olunur.

  3. Cari ilin mart ayının 1-dən məhkəmələrə müraciət edilməsi üçün tələb olunan bütün məhkəmə rüsumları yalnız Hökümət Ödəniş Portalı (https://gpp.az/az) və ya ona inteqrasiya olunmuş ödəniş terminalları vasitəsilə ödənilməlidir.

    Ödəniş qaydaları ilə bu bölmədə tanış ola bilərsiniz – keçid.