Daxil ol

Daxil ol

AZƏRBAYCAN RESPUBLİKASININ VAHİD MƏHKƏMƏ PORTALI

Qurbanov Ramin Afad oğlu

https://courts.gov.az/az/main/judge/Qurbanov-Ramin-Afad-oglu_500

2019-11-12 09:14:05

Qurbanov Ramin Afad oğlu - Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi

Qurbanov Ramin Afad oğlu

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi

Hüquq üzrə elmlər doktoru

MƏHKƏMƏ İŞLƏRİ MƏHKƏMƏ İCLASLARI MƏHKƏMƏ AKTLARI

Doğulduğu il

1974

Təhsil

1995
Bakı Dövlət Universiteti. Beynəlxalq hüquq fakültəsi
2006
Rusiya Federasiyası Ədliyyə Nazirliyinin Rusiya Hüquq Akademiyası. Hüquq fakültəsi
2000
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası. İnzibati idarəetmə fakültəsi

İş təcrübəsi

1995 - 1997
Müdafiə Nazirliyinin 670 nömrəli hərbi hissəsinin hüquq məsləhətçisi
1997 - 2016
Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunun dissertantı, doktorantı, böyük elmi işçisi, aparıcı elmi işçisi
1998 - 1999
Ədliyyə Nazirliyi Qanunlar Toplusu Redaksiya qrupunun mütəxəssisi, aparıcı mütəxəssisi
1999 - 2000
Ədliyyə Nazirliyi Qanunvericilik və hüquqi təbliğat idarəsinin baş mütəxəssisi
2000 - 2001
Ədliyyə Nazirliyi Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin aparıcı mütəxəssisi
2001 - 2005
Ədliyyə Nazirliyi Təşkilat-analitik idarənin aparıcı məsləhətçisi
2005 - 2013
Ədliyyə Nazirliyi Təşkilat-nəzarət baş idarəsinin baş məsləhətçisi, islahatlar üzrə qrupunun rəhbəri
2013 - h/h
Ədliyyə Nazirliyi "Elektron məhkəmə" informasiya sistemi üzrə İşçi Qrupunun rəhbəri
2013 - h/h
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi
2004 - 2005
Odlar Yurdu Universitetində mülki proses hüququ kafedrasının müəllimi, 2009-h/h Ədliyyə Akademiyası və Məhkəmə-Hüquq Şurası yanında Hakimlərin və dövlət ittihamçılarının tədrisi sektorunda mühazirəçi, 2018-ci ildə Ədliyyə Akademiyasının prorektoru
2005 - 2018
Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasında (CEPEJ) Azərbaycanın nümayəndəsi və 2011-ci ildən həmin komissiyanın Avropa məhkəmə sistemlərinin qiymətləndirilməsi üzrə işçi qrupunun ekspert-üzvü

2014 - 2016-cı illərdə Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) Büro üzvü, 2016 - 2018-ci illərdə isə həmin qurumun Vitse-prezidenti vəzifələrinə gizli səsvermə yolu ilə seçilmişdir
2014 - 2017
Avropa məhkəmə sistemlərinin qiymətləndirilməsi üzrə işçi qrupu tərəfindən keçirilən Estoniya, İsveçrə, Slovakiya, Kipr və Gürcüstanın məhkəmə sistemlərinin yoxlamasında iştirak etmiş, Litva və Moldovanın məhkəmə sisteminin monitorinq qruplarına rəhbərlik etmişdir
2018 - h/h
Azərbaycan Respublikası Ümumi Məhkəmə Hakimləri İctimai Birliyinin (Assosiasiyasının) İdarə Heyətinin və Azərbaycan Respublikası Məhkəmə Hakimləri Assosiasiyalarının İttifaqının İdarə Heyətinin üzvü
2019 - h/h
Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) Prezidenti vəzifəsinə 47 üzv dövlətin nümayəndəsi tərəfindən gizli səsvermə yolu ilə seçilmişdir

(CEPEJ Avropa Şurasının Avropa məkanında məhkəmə sistemi, ədliyyə və prokurorluq orqanları və vəkillik üzrə monitorinq və məşvərətçi funksiyalarıını yerinə yetirən ixtisaslaşmış qurumudur)