Daxil ol

Daxil ol

AZƏRBAYCAN RESPUBLİKASININ VAHİD MƏHKƏMƏ PORTALI

Qaraqurbanlı Ramin Afad oğlu (Qurbanov Ramin Afad oğlu)

https://courts.gov.az/az/main/judge/Qaraqurbanli-Ramin-Afad-oglu-Qurbanov-Ramin-Afad-oglu_500

2021-06-23 23:57:09

Qaraqurbanlı Ramin Afad oğlu (Qurbanov Ramin Afad oğlu) - Bakı Apellyasiya Məhkəməsi

Qaraqurbanlı Ramin Afad oğlu (Qurbanov Ramin Afad oğlu)

Bakı Apelyasiya Məhkəməsinin hakimi

Hüquq elmləri doktoru

Doğulduğu il

1974

Təhsil

1995
Bakı Dövlət Universiteti, Beynəlxalq hüquq fakültəsi
2000
Azərbaycan Dövlət Pedaqoji Universiteti, Hərbi fakültə
2002
ABŞ-ın Norsvestern Universiteti, Hüquq İnstitutu
2003
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, İnzibati idarəetmə fakültəsi
2006
Rusiya Federasiyası Ədliyyə Nazirliyinin Rusiya Hüquq Akademiyası, Hüquq fakültəsi

İş təcrübəsi

1995 - 1997
Müdafiə Nazirliyinin "N" nömrəli hərbi hissəsinin hüquq məsləhətçisi
1997 - 2016
Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunun dissertantı, doktorantı, böyük elmi işçisi, aparıcı elmi işçisi, 2017-ci ildən AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun baş elmi işçisi, şöbə müdiri vəzifəsini icra edən
1998 - 2000
Ədliyyə Nazirliyi Qanunvericilik və hüquqi təbliğat idarəsinin mütəxəssisi, aparıcı mütəxəssisi, baş mütəxəssisi
2000 - 2001
Ədliyyə Nazirliyi Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin aparıcı mütəxəssisi
2001 - 2005
Ədliyyə Nazirliyi Təşkilat-analitik idarənin aparıcı məsləhətçisi
2005 - 2013
Ədliyyə Nazirliyi Təşkilat-nəzarət baş idarəsinin baş məsləhətçisi, islahatlar üzrə qrupunun rəhbəri
2004 - 2005
Odlar Yurdu Universitetində mülki proses hüququ kafedrasının müəllimi
2009
Beynəlxalq Hüquq İnstitutunun ABŞ-ın Corctaun Universiteti ilə birgə təşkil etdiyi «Məhkəmə idarəçiliyi, məhkəmələrdə işin təşkili və elektron sənəd dövriyyəsi» mövzusunda ixtisaslaşdırılmış kurslarını, habelə 2015-ci ildə Sinqapur Məhkəmə İnstitutunda «Məhkəmələrin elektron idarəolunması: zamanın tələbləri, həlli yolları, yeniliklər» mövzusunda ixtisasartırma kurslarını müvəffəqiyyətlə bitirmişdir
2005 - 2018
Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasında (SEPEJ/CEPEJ) Azərbaycanın nümayəndəsi və 2011-ci ildən həmin komissiyanın Avropa məhkəmə sistemlərinin qiymətləndirilməsi üzrə işçi qrupunun eksperti

2014 - 2016-cı illərdə Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (SEPEJ/CEPEJ) Büro üzvü, 2016 - 2018-ci illərdə isə həmin qurumun Vitse-prezidenti vəzifələrinə gizli səsvermə yolu ilə seçilmişdir
2014 - 2017
Avropa məhkəmə sistemlərinin qiymətləndirilməsi üzrə işçi qrupu tərəfindən keçirilən Estoniya, İsveçrə, Slovakiya, Kipr və Gürcüstanın məhkəmə sistemlərinin yoxlamasında iştirak etmiş, Litva və Moldovanın məhkəmə sisteminin monitorinq qruplarına rəhbərlik etmişdir
2009 - h/h
Ədliyyə Akademiyası və Məhkəmə-Hüquq Şurası yanında Hakimlərin və dövlət ittihamçılarının tədrisi sektorunda mühazirəçi, 2018-ci ildə Ədliyyə Akademiyasının prorektoru vəzifəsini icra edən
2008 - h/h
Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə həyata keçirdiyi ədliyyə və məhkəmə sisteminin müasirləşdirilməsinə dair layihənin koordinatoru
2013 - 2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi
2014 - 2021
Ədliyyə Nazirliyi "Elektron məhkəmə" informasiya sisteminin formalaşdırılması və tətbiqi üzrə İşçi Qrupunun rəhbəri olmuşdur
2018 - h/h
Azərbaycan Respublikası Məhkəmə Hakimləri Assosiasiyalarının İttifaqının İdarə Heyətinin üzvü
2019 - h/h
Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (SEPEJ/CEPEJ) Prezidenti (47 üzv dövlətin nümayəndəsi tərəfindən gizli səsvermə yolu ilə seçilmişdir)

(SEPEJ/CEPEJ Avropa Şurasının Avropa məkanında məhkəmə sistemi, ədliyyə və prokurorluq orqanları və vəkillik üzrə monitorinq və məşvərətçi funksiyalarıını yerinə yetirən ixtisaslaşmış qurumudur)
2018 - 2020
Dünya Bankının “Doing Business” hesabatı üzrə Azərbaycan Respublikasının məruzəçisi (“Elektron məhkəmə” sisteminin müasir imkanlarına görə “Doing Business-2020” Hesabatının müqavilələrin icrası indikatoru üzrə Azərbaycan 190 dövlət sırasında 40-cı yerdən 28-ci yerə yüksəlmişdir)
2020 - h/h
Bakı Apelyasiya Məhkəməsinin hakimi