Qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən 2019-cu ilin yanvar ayından etibarən notariat qaydasında təsdiq edilmiş əqdlər, lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər əmr icraatı qaydasında deyil notariusun icra qeydi əsasında təmin ediləcəkdir. 

Bununla belə icra qeydi həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda müəyyən edilmiş tələblər üzrə də aparıla bilər. 

Elektron qaydada müraciət etmək üçün https://notariat.justice.gov.az internet ünvanına daxil ola bilərsiniz.