Daxil ol

Daxil ol

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi

Vətəndaşların qəbulu

https://courts.gov.az/az/khatai/page/Vtndaslarin-qbulu_1028

2017-06-25 04:48:53

Vətəndaşların qəbulu

VƏTƏNDAŞLARIN QƏBULU

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hakimlər məhkəmə icraatına hazırlıq dövründə və məhkəmə icraatı zamanı işlə bağlı şəxslərin qəbulunu həyata keçirmirlər. Məhkəmə tərkibi ilə məhkəmə iştirakçıları arasında, yaxud işlərə baxılması ilə əlaqədar birinci instansiya, apellyasiya və kassasiya instansiyası məhkəmələri arasında qanunda nəzərdə tutulmamış qeyri-prosessual münasibətlər yolverilməzdir.

Vətəndаşlаrın qəbulu Azərbaycan Respublikası “Məhkəmələr və hаkimlər hаqqındа” və “Vətəndəşlаrın mürаciətlərinə bахılmаsı qаydаsı hаqqındа” qаnunlarınа uyğun оlаrаq məhkəmənin sədri və məhkəmənin bu sahəyə məsul əməkdaşları tərəfindən Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında aparılır.

Bir hakimdən ibarət olan məhkəmədə vətəndaşların qəbulunu məhkəmənin icraatında olan işlərlə bağlı məsul əməkdaşlar, digər məsələlər üzrə isə hakim həyata keçirir.





Məhkəmənin sədri:

hər iş günü
14.00-dan 18.00-dək

Məhkəmənin məsul əməkdaşı: hər iş günü
09.00-dan 18.00-dək