Daxil ol

Daxil ol

Gəncə Apellyasiya Məhkəməsi

Vətəndaşların qəbulu

https://courts.gov.az/az/ganjaappeal/page/Vtndaslarin-qbulu_1653

2017-09-20 10:45:37

Vətəndaşların qəbulu

 

Şəxslərin qəbul edilməsi qaydası

 

1. Gəncə Apellyasiya Məhkəməsində şəxslərin qəbulu məhkəmənin sədri və aidiyyəti qurum olan ümumi şöbənin məsul işçiləri tərəfindən həyata keçirilir.

2. Gəncə  Apellyasiya Məhkəməsinin sədri şəxsləri həftənin çərşənbə  günü saat 15:00-dan 18:00-dək qəbul edir.

3. Şəxslər bir qayda olaraq qəbul günü saat 09-00-dan 13-00-dək ərizə ilə məhkəmənin ümumi şöbəsinə müraciət edir, ərizələr araşdırılıb yoxlanıldıqdan sonra sədrin qəbuluna yazılırlar. Qəbula yazılmaq üçün aşağıdakı sənədlərin təqdim edilməsi zəruridir:

3.1. şəxsiyyəti təsdiq edən sənəd;
3.2. şikayət ərizəsi;
3.3. məhkəmə aktlarının surəti.

4. Gəncə Apellyasiya Məhkəməsinin Ümumi məsul işçiləri tərəfindən şəxslərin qəbulu həftənin I-V günləri saat 09:00-dan 18:00-dək həyata keçirilir.

5. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq hakimlər məhkəmə icraatına hazırlıq dövründə və məhkəmə icraatı zamanı işlə bağlı şəxslərin qəbulunu həyata keçirmirlər.

6. Hakimlərin və ya məhkəmə aparatı işçilərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərlə əlaqədar məhkəmənin contact@gancaappealcourt.gov.az elektron poçt ünvanına və ya 012 585 25 68 nömrəli telefonla müraciət edə bilərsiniz.