Daxil ol

Daxil ol

Gəncə Apelyasiya Məhkəməsi

İşə qəbul

https://courts.gov.az/az/ganjaappeal/page/Is-qbul_2046

2020-08-15 19:10:25

İşə qəbul

Kadr təminatı

 

Azərbaycan Respublikası Konstitusiyasının  132-ci  maddəsinnin ikinci bəndinə əsasən Azərbaycan Respublikasının apelyasiya məhkəmələrinin hakimlərini Azərbaycan Respublikası prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi təyin edir.

 

Dövlət qulluğu haqqında Azərbaycan Respublikası Qanununun 8.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası apelyasiya məhkəmələrinin aparatları- əsas səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası və ya Azərbaycan Respublikasının Konstitusiya qanunları ilə müəyyən edilən 3-cü kateqoriya dövlət orqanıdır. Bakı Apelyasiya Məhkəməsinin aparatında inzibati vəzifələr "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusuna" uyğun olaraq  üçüncü-altıncı təsnifatları əhatə edir. Bakı Apelyasiya Məhkəməsinin aparatında altıncı təsnifat üzrə inzibati vəzifələrə işçilərin işə qəbulu "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Prezidentinin 03 sentyabr 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsi ilə qəbul Qaydaları»na uyğun olaraq müsabiqə və müsahibə yolu ilə  Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası vasitəsilə həyata keçirilir. Digər təsnifatlar üzrə vəzifələrin tutulması "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununun 29.1-ci maddəsinə  müvafiq olaraq müsahibə keçirilməklə və ya qulluqda yüksəliş yolu ilə həyata keçirilir.