Daxil ol

Daxil ol

Gəncə Apelyasiya Məhkəməsi

Xəbərlər

https://courts.gov.az/az/ganjaappeal/news/sas-xbrlr_8

2020-08-15 17:39:52

Axtarış

Əsas xəbərlər

  1. Koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq tələb və tövsiyələrini nəzərə alaraq “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Ədliyyə Nazirinin 10.06.2020-ci il tarixli 16-T saylı Əmri ilə təsdiq edilmiş “Vətəndaşların videoqəbulunun təşkili Qaydaları”na uyğun olaraq Gəncə Apelyasiya Məhkəməsində vətəndaşların videoqəbulu keçirilir.

    Videoqəbul Gəncə Apelyasiya Məhkəməsinin sədri, sədirin müavini və aparatın rəhbəri tərəfindən qəbul cədvəlində müəyyən edilmiş günlərdə və saatlarda həyata keçirilir.

    Videoqəbulda iştirakla bağlı qeydiyyata alınmış vətəndaş Gəncə Apelyasiya Məhkəməsinin inzibati binasına gələrək (şəxsiyyətini təsdiq edən sənədi təqdim etməklə), xüsusi texniki avadanlıqla təhciz edilmiş məhkəmənin qəbul otağında, konfidensial şəraitdə videoqəbulda iştirak edir.

    Vətəndaşlar videoqəbulda iştirakla bağlı qeydiyyata alınmaq üçün contact@gancaappealcourt.gov.az e-poçtuna müraciət edə, habelə 022-252-07-17 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

     

    Gəncə Apelyasiya Məhkəməsində vətəndaşların videoqəbul formasında

                                 Qəbul  cədvəli

     

     

    Vətəndaşların qəbulunu həyata keçirən şəxsin vəzifəsi

    Qəbul günləri

    Qəbul saatı

    Sədr

    Həftənin III günü

    Saat 15:00-dan

    Sədr müavini

    Həftənin V günü

    Saat 15:00-dan

    Aparatın rəhbəri

    Həftənin I-V günləri

    Saat 09:00-dan 18:00-dək

     

     

    Qeyd: I qrup əlillər, Milli Qəhrəmanlar və onların ailə üzvləri, Şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi əlilləri və veteranları, Böyük Vətən Müharibəsi veteranları, uzaq rayonlardan gələnlər hər gün qəbul edilir. Göstərilən cədvəldə qəbul üzrə müəyyən vaxtlar qeyd olunsa da, vətəndaşlar qəbula gəldikləri istənilən zaman qəbul edilirlər.


     

     

  2. Elan
    2020-07-10

    “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 iyul 2020-ci il tarixli, 236 nömrəli Qərarına və “Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 3 iyul 2020-ci il tarixli Məlumatına əsasən xüsusi karantin rejiminin sərtləşdirildiyi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək Gəncə Apelyasiya Məhkəməsində təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlərə, eləcə də həbsdə olan şəxslər barəsində olan cinayət işlərinə və materiallara baxılması istisna olmaqla, icraatda olan digər işlərə baxılması təxirə salınmışdır.

    Bununla yanaşı qeyd edirik ki, fiziki və hüquqi şəxslər apelyasiya və kassasiya şikayətlərini yalnız poçt vasitəsilə, müraciətlərini isə poçtla yanaşı məhkəmənin contact@gancaappealcourt.gov.az elektron poçt ünvanına və ya www.gancaappealcourt.gov.az internet saytının «Məktub yazmaq» bölməsinə daxil olub elektron formada göndərə və və ya 022-266-08-22, 022-252-06-08 faks: 012-585-25-67 nömrələri ilə əlaqə saxlaya bilərlər. Məhkəməyə ünvanlanan bütün müraciətlərə «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada baxılması təmin ediləcəkdir.

  3. ELAN
    2020-06-26

    Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan olunan koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması məqsədi ilə dövlətimiz tərəfindən bütün zəruri tədbirlər həyata keçirilir.

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 19.06.2020-ci il tarixli 208 saylı Qərarına, “Koronavirus (COVİD-19) infeksiyasına qarsı ədliyyə və məhkəmə orqanlarında mübarizənin gücləndirilməsi barədə” Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 17.03.2020-ci il tarixli 9-T saylı Əmrinə və “Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 19.06.2020-ci il tarixli Məlumatına əsasən Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar olaraq 05.07.2020-ci il saat 06:00-dək Gəncə Apelyasiya  Məhkəməsində təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlər (cinayət işləri, qətimkan tədbirlərinin seçilməsi, uzadılması, dəyişdirilməsi, ləğvi, inzibati həbs nəzərdə tutulan işlər, zəruri hallarda hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında müraciətlər, iddianın təmin tədbirlərinin görülməsi, əmr icraatı, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, bəzi kateqoriya üzrə xüsusi icraat işləri və sair) istisna olunmaqla, icraatda olan digər işlərə baxılması 05 iyul 2020-ci il tarixədək təxirə salınır.

    05.07.2020-ci il tarixədək təyin olunmuş mülki, inzibati və kommersiya mübahisələrinə dair işlər üzrə tərəflərə məhkəmə iclasının tarixi və yeri barədə iş üzrə tərəflərə məhkəmə bildirişi göndəriləcək.

     

    Vətəndaşlardan Gəncə Apelyasiya Məhkəməsinə müraciətləri poçt və ya contact@gancaappealcourt.gov.az e-poçtu vasitəsilə göndərmələri, habelə https://courts.gov.az/az/gancaappeal saytından onlayn müraciət etmələri və ya 022-266-08-22, 022-252-06-08 faks: 012-585-25-67 nömrələri ilə əlaqə saxlamaları xahiş olunur.

  4. Azərbaycan Respublikası ərazisində Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan olunan koronavirus (COVİD-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədi ilə dövlətimiz tərəfindən bütün zəruri təcili və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

    Həmin tədbirlər sırasında Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi rejimdə iş üzrə 17 mart 2020-ci il tarixli Təlimatına, Koronavirus (COVİD-19) infeksiyasına qarsı ədliyyə və məhkəmə orqanlarında mübarizənin gücləndirilməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 17 mart 2020-ci il tarixli, 9-T nömrəli Əmrinə və Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 aprel 2020-ci il tarixli, 6 nömrəli Qərarına əsasən Gəncə  Apelyasiya  Məhkəməsində təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlərə baxılması istisna olunmaqla, icraatda olan digər işlərə baxılması və vətəndaşların qəbulu müvəqqəti olaraq təxirə salınmışdır.

    Vətəndaşlar məhkəmə fəaliyyəti ilə bağlı Gəncə Apelyasiya Məhkəməsinin 022-266-08-22  telefon nömrələri ilə əlaqə saxlayıb lazımi məlumatlar əldə edə, müraciətlərini məhkəmənin www.gancaappealcourt.gov.az internet saytının «Məktub yazmaq» bölməsinə daxil olub  elektron formada və ya contact@gancaappealcourt.gov.az elektron poçt ünvanına, eləcə də 012-585-25-67 nömrəsinə faksla göndərə bilərlər.

     

    Daxil olan bütün müraciətlərə "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada baxılması təmin ediləcəkdir.

  5. Əhalinin təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması məqsədilə ölkəmizdə COVİD-19 virusu pandemiyasının yayılmasının qarşısının alınması ilə bağlı kompleks tədbirlər həyata keçirilir.

     

    Həmin tədbirlər sırasında Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın xüsusi rejimdə iş üzrə 17 mart 2020-ci il tarixli Təlimatına, Koronavirus (COVİD-19) infeksiyasına qarsı ədliyyə və məhkəmə orqanlarında mübarizənin gücləndirilməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 17 mart 2020-ci il tarixli, 9-T nömrəli Əmrinə və Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 mart 2020-ci il tarixli, 5 nömrəli Qərarına əsasən Gəncə Apelyasiya  Məhkəməsində təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlərə baxılması istisna olunmaqla, icraatda olan digər işlərə baxılması və vətəndaşların qəbulu müvəqqəti olaraq təxirə salınmışdır.

     

    Bununla əlaqədar olaraq vətəndaşlar məhkəmə fəaliyyəti ilə bağlı Gəncə Apelyasiya Məhkəməsinin 022-266-08-22  telefon nömrələri ilə əlaqə saxlayıb lazımi məlumatlar əldə edə, müraciətlərini məhkəmənin www.gancaappealcourt.gov.az internet saytının «Məktub yazmaq» bölməsinə daxil olub  elektron formada və ya contact@gancaappealcourt.gov.az elektron poçt ünvanına, eləcə də 012-585-25-67 nömrəsinə faksla göndərə bilərlər.

     

    Qeyd olunur ki, daxil olan bütün müraciətlərə "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada baxılması təmin ediləcəkdir.