Koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq tələb və tövsiyələrini nəzərə alaraq “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Ədliyyə Nazirinin 10.06.2020-ci il tarixli 16-T saylı Əmri ilə təsdiq edilmiş “Vətəndaşların videoqəbulunun təşkili Qaydaları”na uyğun olaraq Gəncə Apelyasiya Məhkəməsində vətəndaşların videoqəbulu keçirilir.

Videoqəbul Gəncə Apelyasiya Məhkəməsinin sədri, sədirin müavini və aparatın rəhbəri tərəfindən qəbul cədvəlində müəyyən edilmiş günlərdə və saatlarda həyata keçirilir.

Videoqəbulda iştirakla bağlı qeydiyyata alınmış vətəndaş Gəncə Apelyasiya Məhkəməsinin inzibati binasına gələrək (şəxsiyyətini təsdiq edən sənədi təqdim etməklə), xüsusi texniki avadanlıqla təhciz edilmiş məhkəmənin qəbul otağında, konfidensial şəraitdə videoqəbulda iştirak edir.

Vətəndaşlar videoqəbulda iştirakla bağlı qeydiyyata alınmaq üçün contact@gancaappealcourt.gov.az e-poçtuna müraciət edə, habelə 022-252-07-17 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

 

Gəncə Apelyasiya Məhkəməsində vətəndaşların videoqəbul formasında

                             Qəbul  cədvəli

 

 

Vətəndaşların qəbulunu həyata keçirən şəxsin vəzifəsi

Qəbul günləri

Qəbul saatı

Sədr

Həftənin III günü

Saat 15:00-dan

Sədr müavini

Həftənin V günü

Saat 15:00-dan

Aparatın rəhbəri

Həftənin I-V günləri

Saat 09:00-dan 18:00-dək

 

 

Qeyd: I qrup əlillər, Milli Qəhrəmanlar və onların ailə üzvləri, Şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi əlilləri və veteranları, Böyük Vətən Müharibəsi veteranları, uzaq rayonlardan gələnlər hər gün qəbul edilir. Göstərilən cədvəldə qəbul üzrə müəyyən vaxtlar qeyd olunsa da, vətəndaşlar qəbula gəldikləri istənilən zaman qəbul edilirlər.