Azərbaycan Respublikası ərazisində Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan olunan koronavirus (COVİD-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədi ilə dövlətimiz tərəfindən bütün zəruri təcili və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Həmin tədbirlər sırasında Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi rejimdə iş üzrə 17 mart 2020-ci il tarixli Təlimatına, Koronavirus (COVİD-19) infeksiyasına qarsı ədliyyə və məhkəmə orqanlarında mübarizənin gücləndirilməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 17 mart 2020-ci il tarixli, 9-T nömrəli Əmrinə və Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 aprel 2020-ci il tarixli, 6 nömrəli Qərarına əsasən Gəncə  Apelyasiya  Məhkəməsində təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlərə baxılması istisna olunmaqla, icraatda olan digər işlərə baxılması və vətəndaşların qəbulu müvəqqəti olaraq təxirə salınmışdır.

Vətəndaşlar məhkəmə fəaliyyəti ilə bağlı Gəncə Apelyasiya Məhkəməsinin 022-266-08-22  telefon nömrələri ilə əlaqə saxlayıb lazımi məlumatlar əldə edə, müraciətlərini məhkəmənin www.gancaappealcourt.gov.az internet saytının «Məktub yazmaq» bölməsinə daxil olub  elektron formada və ya contact@gancaappealcourt.gov.az elektron poçt ünvanına, eləcə də 012-585-25-67 nömrəsinə faksla göndərə bilərlər.

 

Daxil olan bütün müraciətlərə "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada baxılması təmin ediləcəkdir.