“Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 iyul 2020-ci il tarixli, 236 nömrəli Qərarına və “Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 3 iyul 2020-ci il tarixli Məlumatına əsasən xüsusi karantin rejiminin sərtləşdirildiyi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək Gəncə Apelyasiya Məhkəməsində təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlərə, eləcə də həbsdə olan şəxslər barəsində olan cinayət işlərinə və materiallara baxılması istisna olmaqla, icraatda olan digər işlərə baxılması təxirə salınmışdır.

Bununla yanaşı qeyd edirik ki, fiziki və hüquqi şəxslər apelyasiya və kassasiya şikayətlərini yalnız poçt vasitəsilə, müraciətlərini isə poçtla yanaşı məhkəmənin contact@gancaappealcourt.gov.az elektron poçt ünvanına və ya www.gancaappealcourt.gov.az internet saytının «Məktub yazmaq» bölməsinə daxil olub elektron formada göndərə və və ya 022-266-08-22, 022-252-06-08 faks: 012-585-25-67 nömrələri ilə əlaqə saxlaya bilərlər. Məhkəməyə ünvanlanan bütün müraciətlərə «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada baxılması təmin ediləcəkdir.