Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan olunan koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması məqsədi ilə dövlətimiz tərəfindən bütün zəruri tədbirlər həyata keçirilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 19.06.2020-ci il tarixli 208 saylı Qərarına, “Koronavirus (COVİD-19) infeksiyasına qarsı ədliyyə və məhkəmə orqanlarında mübarizənin gücləndirilməsi barədə” Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 17.03.2020-ci il tarixli 9-T saylı Əmrinə və “Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 19.06.2020-ci il tarixli Məlumatına əsasən Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar olaraq 05.07.2020-ci il saat 06:00-dək Gəncə Apelyasiya  Məhkəməsində təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlər (cinayət işləri, qətimkan tədbirlərinin seçilməsi, uzadılması, dəyişdirilməsi, ləğvi, inzibati həbs nəzərdə tutulan işlər, zəruri hallarda hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında müraciətlər, iddianın təmin tədbirlərinin görülməsi, əmr icraatı, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, bəzi kateqoriya üzrə xüsusi icraat işləri və sair) istisna olunmaqla, icraatda olan digər işlərə baxılması 05 iyul 2020-ci il tarixədək təxirə salınır.

05.07.2020-ci il tarixədək təyin olunmuş mülki, inzibati və kommersiya mübahisələrinə dair işlər üzrə tərəflərə məhkəmə iclasının tarixi və yeri barədə iş üzrə tərəflərə məhkəmə bildirişi göndəriləcək.

 

Vətəndaşlardan Gəncə Apelyasiya Məhkəməsinə müraciətləri poçt və ya contact@gancaappealcourt.gov.az e-poçtu vasitəsilə göndərmələri, habelə https://courts.gov.az/az/gancaappeal saytından onlayn müraciət etmələri və ya 022-266-08-22, 022-252-06-08 faks: 012-585-25-67 nömrələri ilə əlaqə saxlamaları xahiş olunur.