https://courts.gov.az/az/fuzulimilitary
2021-04-12 11:51:34
Füzuli Hərbi Məhkəməsinin binası
Məhkəmə haqqında qısa məlumat
1992-ci ilin avqust ayında Azərbaycan Respublikası Milli Məclisinin 266 saylı qərarı ilə respublikanın Ağdam, Gəncə, Lənkəran, Naxçıvan və Füzuli bölgələrində hərbi tribunalların təsis edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin ilin sentyabr ayından Füzuli Qarnizonu Hərbi Tribunalı praktik olaraq fəaliyyətə başlamışdır. Bu məhkəmə orqanı 1994-cü ildən Füzuli və Qubadlı qarnizonları hərbi tribunalı, 1997-ci ilin iyun ayından Füzuli-Qubadlı Hərbi Məhkəməsi, 2010-cu ildən isə Füzuli Hərbi Məhkəməsi kimi fəaliyyətdədir.
Məhkəmənin yurisdiksiyasına aid olan ərazi vahidləri aşağıdakı rayonlardır – Beyləqan, Cəbrayıl, Füzuli, Xocavənd, İmişli, Qubadlı, Laçın, Saatlı, Sabirabad və Zəngilan