Daxil ol

Daxil ol

Bakı Apellyasiya Məhkəməsi

Bakı Apelyasiya Məhkəməsi

https://courts.gov.az/az/bakuappeal

2021-04-12 13:36:18

Bakı Apelyasiya Məhkəməsi

Bakı Apelyasiya Məhkəməsinin yeni binası


Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi “Ədliyyə Sisteminin Müasirləşdirilməsi” Layihəsi çərçivəsində Bakı Apelyasiya Məhkəməsinin yeni inzibati binasının layihəsi hazırlanmışdır.
 

Bakı Apelyasiya Məhkəməsi


Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi və yaxından iştirakı ilə aparılmış məhkəmə hüquq islahatlarının ilkin nəticələrindən biri olaraq respublikamızda üçpilləli məhkəmə sistemi – birinci instansiya, apelyasiya instansiyası və kassasiya instansiyası məhkəmələri yaradılmış və bu sistem Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı 19 yanvar 2006-cı il tarixli Fərmanla yeni mərhələyə qədəm qoymuşdur.

16 iyul 2007-ci ildən fəaliyyətə başlamış Bakı Apelyasiya Məhkəməsi mülki, inzibati və iqtisadi mübahisələrə dair, cinayət və inzibati xətalara dair işlər üzrə yuxarı instansiya məhkəməsidir.

Bakı Apelyasiya Məhkəməsi Rəyasət Heyətindən, Mülki Kollegiyadan, İnzibati Kollegiyadan, Kommersiya Kollegiyadan və Cinayət Kollegiyasından ibarətdir.

Bakı Apelyasiya Məhkəməsinin kollegiyaları apelyasiya instansiyası məhkəməsi kimi öz ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələri tərəfindən baxılmış işlər üzrə qərarlardan verilmiş apelyasiya şikayətləri və apelyasiya protestləri üzrə işlərə baxır.


Bakı Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri aşağıdakılardır:


- Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi;


- Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi;


- Bakı Şəhəri Xətai Rayon Məhkəməsi;


- Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi;


- Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi;


- Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi;


- Bakı Şəhəri Nizami Rayon Məhkəməsi;


- Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi;


- Bakı Şəhəri Səbail Rayon Məhkəməsi;


- Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi;


- Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi;

- Bakı Şəhəri Pirallahı Rayon Məhkəməsi;

 


- Bakı Ağır Cinayətlər Məhkəməsi (Bakı Apelyasiya Məhkəməsinin yurisdiksiyasına daxil olan ərazi vahidlərində baş vermiş cinayətlərlə bağlı işlər və digər materiallar üzrə);


- Bakı Hərbi Məhkəməsi (Bakı Apelyasiya Məhkəməsinin yurisdiksiyasına daxil olan ərazi vahidlərində baş vermiş cinayətlərlə bağlı işlər və digər materiallar üzrə);


- Bakı İnzibati Məhkəməsi;


- Bakı Kommersiya Məhkəməsi.