Daxil ol

Daxil ol

2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi

Məhkəmə haqqında

https://courts.gov.az/az/2bakueconomic

2017-06-26 08:18:40

Məhkəmə haqqında

2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin yeni binası



Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi “Ədliyyə Sisteminin Müasirləşdirilməsi” Layihəsi çərçivəsində Sabunçu Məhkəmə Kompleksinin layihəsi hazırlanmışdır. Həmin məhkəmə kompleksində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi ilə birgə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi də yerləşəcəkdir. Bu məhkəmə kompleksinin inşasına 2012-ci ildə başlanılacaqdır.

2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin köhnə binası


 

 

Məhkəmə haqqında qısa məlumat

Ölkə başçısının 2010-cu il 15 iyul tarixli Fərmanı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi (keçmiş 2 saylı Bakı Yerli İqtisad Məhkəməsi) yaradılmışdır.

Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin, ağır cinayətlər məhkəmələrinin, inzibati-iqtisadi məhkəmələrin və hərbi məhkəmələrin ərazi yurisdiksiyası haqqında Azərbaycan Respublikası Prezidentinin 09 avqust 2010-cu il tarixli Fərmanı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidləri aşağıdakılardır:

1. Bakı Şəhəri Xətai rayonu

2. Bakı Şəhəri Xəzər rayonu

3. Bakı Şəhəri Nərimanov rayonu

4. Bakı Şəhəri Nizami rayonu

5. Bakı Şəhəri Sabunçu rayonu

6. Bakı Şəhəri Suraxanı rayonu