Zaqatala Rayon Məhkəməsi

Zaqatala Rayon Məhkəməsi birinci instansiya məhkəməsi kimi Zaqatala rayonunun ərazisi çərçivəsində qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət, inzibati xətalara dair və digər işlərə baxır.

Zaqatala Rayon Məhkəməsinin binası

 

Rayon haqqında qısa məlumat

Zaqatala rayonu 08 avqust 1930-cu ildə təşkil edilmişdir. Zaqatala rayonu Azərbaycan Respublikasının şimali-qərbində, paytaxt Bakı şəhərindən 430 km məsafədə, Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində, Qanıx-Əyriçay vadisində yerləşir. Ərazisi 1.35 min km²-dir. Əhalisi 120 min 300 nəfərdir(14 iyun 2011). Rayonda azərbaycanlılarla bərabər iyirmidən artıq millət və xalqın nümayəndələri (ruslar, ukraynalılar, gürcülər, laklar, avarlar, saxurlar, udinlər, ingiloylar, ləzgilər, tatarlar, yəhudilər, türklər, yunanlar, osetinlər və digərləri) yaşayır.

Zaqatala rayonunun təbiəti olduqca zəngindir. Burada 850-yə yaxın bitki növü, 105 növədək oturaq və yarımkööçəri quşlar, və 40-a yaxın müxtəlif növ heyvanlar yaşayır. Bitkilərdən 11 növü nadir və azlığına görə Azərbaycan Respublikasının Qırmızı kütabına düşmüşdür. Təbiətin belə zənginliyinə görə 1930-cu ildə Zaqatala Dövlət Təbiət Qoruğu yaradılmışdır. Rayonda 29 ərazi nümayəndiliyi, 1 şəhər bələdiyyəsi və 28 kənd bələdiyyəsi fəaliyyət görsədir. Zaqatala rayonu Böyük Qafqaz sıra dağlarının ətəyində Azərbaycanın şimal-qərbində yerləşir. Rayon şimal-şərqdə Rusiya Federasiyasının Dağıstan Respublikası ilə, qərbdə Balakən rayonu ilə, şərqdə isə Qax rayonu ilə həmsərhəddir.

Erməni işğalçılarının işğalçı siyasəti nəticəsində Zaqatala rayonunda 375 nəfər qaçqın və məcburi köçkün məskunlaşmışdır.