Tərtər Hərbi Məhkəməsi

Tərtər Hərbi Məhkəməsi müvafiq ərazi yurisdiksiyası çərçivəsində müharibə və hərbi xidmət əleyhinə olan böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə dair, habelə hərbi qulluqçular tərəfindən törədilmiş böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə dair işlərə baxır (göstərilən cinayətlər hərbi qulluqçu olmayan şəxsin iştirakı ilə törədilərsə, onun barəsində işə də hərbi məhkəmə tərəfindən baxılır).

Tərtər Hərbi Məhkəməsinin binası


 

Məhkəmə haqqında qısa məlumat

Azərbaycan Respublikası Milli Məclisinin 02 fevral 1993-cü il tarixli, 496 saylı Qərarı ilə birinci instansiya məhkəməsi kimi Tərtər Qarnizonu Hərbi Tribunalı təsis edilmişdir.

Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin, ağır cinayətlər məhkəmələrinin, inzibati-iqtisadi məhkəmələrin və hərbi məhkəmələrin ərazi yurisdiksiyası haqqında Azərbaycan Respublikası Prezidentinin 09 avqust 2010-cu il tarixli Fərmanı ilə Tərtər Hərbi Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidləri aşağıdakılardır:

1. Ağcabədi rayonu

2. Ağdam rayonu

3. Ağdaş rayonu

4. Ağsu rayonu

5. Balakən rayonu

6. Bərdə rayonu

7. Goranboy rayonu

8. Göyçay rayonu

9. İsmayıllı rayonu

10. Kürdəmir rayonu

11. Qax rayonu

12. Qəbələ rayonu

13. Oğuz rayonu

14. Şəki rayonu

15. Tərtər rayonu

16. Ucar rayonu

17. Yevlax rayonu

18. Zaqatala rayonu

19. Zərdab rayonu.