Tərtər Rayon Məhkəməsi

Tərtər Rayon Məhkəməsi birinci instansiya məhkəməsi kimi Tərtər rayonunun ərazisi çərçivəsində qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət, inzibati xətalara dair və digər işlərə baxır.

Tərtər Rayon Məhkəməsinin binası

 

 


 

Rayon və məhkəmə haqqında qısa məlumat

Tərtər Rayon Məhkəməsi 1973-cü ildə yaranmış, əvvəlki adı Mirbəşir Rayon Xalq Məhkəməsi olmuşdur.

Tərtər rayonu 27 yanvar 1934-cü ildə yaranmış, ərazisi 960 km, əhalinin sayı 98400 nəfər, qaçqınların sayı 2635, məcburi köçkünlərin sayı 15403 nəfərdir. Tərtər rayonu ilə Bakı arasında olan məsafə 332 km-dir. Həmsərhəd rayonları- şimaldan Yevlax rayonu, şimal-qərbdən Goranboy, qərbdən Kəlbəcər, cənub və cənub-qərbdən Ağdam, şərqdən və cənub-şərqdən Bərdə rayonları.