Sumqayıt Apellyasiya Məhkəməsi

Sumqayıt Apellyasiya Məhkəməsi apellyasiya instansiyası məhkəməsi kimi öz ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələri tərəfindən baxılmış işlər üzrə məhkəmə aktlarından verilmiş apellyasiya şikayətləri və apellyasiya protestləri üzrə işlərə baxır. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyadan, inzibati-iqtisadi kollegiyadan, cinayət kollegiyasından və hərbi kollegiyadan ibarətdir.

Sumqayıt Apellyasiya Məhkəməsinin yeni binası
 


 


Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi “Ədliyyə Sisteminin Müasirləşdirilməsi” Layihəsi çərçivəsində Sumqayıt Məhkəmə Kompleksinin layihəsi hazırlanmışdır. Həmin məhkəmə kompleksində Sumqayıt Şəhər və Sumqayıt İnzibati-İqtisadi məhkəmələri ilə birgə Sumqayıt Apellyasiya Məhkəməsi də yerləşəcəkdir.
 

Sumqayıt Apellyasiya Məhkəməsi

 


Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi və yaxından iştirakı ilə aparılmış məhkəmə hüquq islahatlarının ilkin nəticələrindən biri olaraq respublikamızda üçpilləli məhkəmə sistemi-birinci instansiya, apellyasiya instansiyası və kassasiya instansiyası məhkəmələri yaradılmış və bu sistem Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 19 yanvar 2006-cı il tarixli Fərmanla yeni mərhələyə qədəm qoymuşdur.

16 iyul 2007-ci il tarixindən fəaliyyətə başlamış Sumqayıt Apellyasiya Məhkəməsi mülki, inzibati və iqtisadi mubahisələrə dair, cinayət və inzibati xətalara dair işlər üzrə yuxarı instansiya məhkəməsidir.

Sumqayıtı Apellyasiya Məhkəməsi Rəyasət Heyətindən, Mülki Kollegiyadan, İnzibati-İqtisadi Kollegiyadan, Cinayət Kollegiyasından və Hərbi Kollegiyadan ibarətdir.

Sumqayıt Apellyasiya Məhkəməsinin kollegiyaları apellyasiya instansiyası məhkəməsi kimi öz ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələri tərəfindən baxılmış işlər üzrə qərarlardan verilmiş apellyasiya şikayətləri və apellyasiya protestləri üzrə işlərə baxır.


Sumqayıt Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri aşağıdakılardır:
 
- Abşeron Rayon Məhkəməsi;

- Quba Rayon Məhkəməsi;

- Qubadlı Rayon Məhkəməsi;

- Qusar Rayon Məhkəməsi;

- Qobustan Rayon Məhkəməsi;

- Şabran Rayon Məhkəməsi;

- Xaçmaz Rayon Məhkəməsi;

- Xızı Rayon Məhkəməsi;

- Siyəzən Rayon Məhkəməsi;

- Sumqayıt Şəhər Məhkəməsi;

- Şamaxı Rayon Məhkəməsi;

- Şuşa Rayon Məhkəməsi;

- Zəngilan Rayon Məhkəməsi;

- Bakı Ağır Cinayətlər Məhkəməsi (Sumqayıt Apellyasiya Məhkəməsinin yurisdiksiyasına daxil olan ərazi vahidlərində baş vermiş cinayətlərlə bağlı işlər və digər materiallar üzrə);

 

- Bakı Hərbi Məhkəməsi (Sumqayıt Apellyasiya Məhkəməsinin yurisdiksiyasına daxil olan ərazi vahidlərində baş vermiş cinayətlərlə bağlı işlər və digər materiallar üzrə);

 

- Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi.