Siyəzən Rayon Məhkəməsi

Siyəzən Rayon Məhkəməsi birinci instansiya məhkəməsi kimi Siyəzən rayonunun ərazisi çərçivəsində qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət, inzibati xətalara dair və digər işlərə baxır.

Siyəzən Rayon Məhkəməsinin binası


 

Rayon haqqında qısa məlumat

Siyəzən - rayonu 02 aprel 1992-ci ildə yaradılıb. Lakin Siyəzən rayon kimi ilk dəfə 11 fevral 1940-cı ildə təşkil olunmuş və 1959-cu ildə ləğv edilərək Dəvəçi rayonunun (indiki Şabran) tərkibinə verilmişdir. 28 yanvar 1993-cü ildə Siyəzən Rayon Xalq Məhkəməsi (indiki Siyəzən Rayon Məhkəməsi yaradılmışdır.

Rayon Respublikanın şimal - şərq hissəsində yerləşir və Quba-Xaçmaz iqtisadi zonasına daxildir. Rayonun ümumi ərazisi 75.9 min km2, əhalisinin sayı isə 38 min 409 nəfər təşkil edir (16 iyun 2011). Həmçinin rayonda ləzgilər, ruslar, türklər, ukraynalılar, tatlar, və digər millətlərin nümayəndələri yaşayır. Milli tərkibinə görə əhali əsasən azərbaycanlılardan ibarətdir. Siyəzən rayonunda 161 nəfər Ermənistandan gələn və 50 nəfər mesxeti türk qaçqın məskunlaşmışdır. Rayon Xızı və Şabran rayonu ilə həməsərhəddir.