Şuşa Rayon Məhkəməsi

Şuşa Rayon Məhkəməsi birinci instansiya məhkəməsi kimi Şuşa rayonunun ərazisi çərçivəsində qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət, inzibati xətalara dair və digər işlərə baxır.

Rayon haqqında qısa məlumat

Azərbaycan Respublikasının Şuşa rayonu respublikanın qərbində yerləşir. Səthi dağlıqdır. Yuxarı Qarabağ iqtisadi zonasına daxildir. Azərbaycanda rayon 1930-cu ildə təşkil edilmişdir. Kiçik Qafqazda Qarabağ silsiləsi ərazisində yerləşir. Sahəsi 29,0 km², əhalisi 29 min 500 nəfərdir. (13 iyun 2011) İnzibati mərkəzi Şuşa şəhəridir. Rayonda 1 şəhər, 1 qəsəbə, 12 kənd var. Bu yaşayış məntəqələri 14 ərazi numayəndələyi vasitəsilə idarə olunur. 1992-ci ilin may ayının 8-dən rayon erməni silahlı dəstələrinin işğalı altındadır. Şuşa rayonunun əhalisi hazırda qaçqındır və Azərbaycanın müxtəlif reqionlarında yaşayırlar.