Şirvan İnzibati-İqtisadi Məhkəməsi

Şirvan İnzibati-İqtisadi Məhkəməsi müvafiq ərazi yurisdiksiyası çərçivəsində idarə və ya digər mənsubiyyətindən və tabeliyindən asılı olmayaraq, hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər arasında yaranan iqtisadi və hüquqi statusundan asılı olmayaraq, şəxslər arasında yaranan inzibati mübahisələrə dair işlərə baxır.

Şirvan İnzibati-İqtisadi Məhkəməsinin yeni binası



Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi “Ədliyyə Sisteminin Müasirləşdirilməsi” Layihəsi çərçivəsində Şirvan Məhkəmə Kompleksinin layihəsi hazırlanmışdır. Həmin məhkəmə kompleksində Şirvan Apellyasiya və Şirvan Şəhər məhkəmələri ilə birgə Şirvan İnzibati-İqtisadi Məhkəməsi də yerləşəcəkdir.

Şirvan İnzibati-İqtisadi Məhkəməsinin köhnə binası


 

Məhkəmə haqqında qısa məlumat

Ölkə başçısının 2010-cu il 15 iyul tarixli Fərmanı ilə Şirvan İnzibati-İqtisadi Məhkəməsi (keçmiş Şirvan Yerli İqtisad Məhkəməsi) yaradılmışdır.

Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin, ağır cinayətlər məhkəmələrinin, inzibati-iqtisadi məhkəmələrin və hərbi məhkəmələrin ərazi yurisdiksiyası haqqında Azərbaycan Respublikası Prezidentinin 09 avqust 2010-cu il tarixli Fərmanı ilə Şirvan İnzibati-İqtisadi Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidləri aşağıdakılardır:

1. Ağcabədi rayonu

2. Ağsu rayonu

3. Astara rayonu

4. Beyləqan rayonu

5. Biləsuvar rayonu

6. Cəbrayıl rayonu

7. Cəlilabad rayonu

8. Füzuli rayonu

9. Hacıqabul rayonu

10. Xocavənd rayonu

11. İmişli rayonu

12. Kürdəmir rayonu

13. Laçın rayonu

14. Lerik rayonu

15. Lənkəran rayonu

16. Masallı rayonu

17. Neftçala rayonu

18. Saatlı rayonu

19. Sabirabad rayonu

20. Salyan rayonu

21. Şirvan şəhəri

22. Ucar rayonu

23. Yardımlı rayonu

24. Zərdab rayonu