Şirvan Şəhər Məhkəməsi

Şirvan Şəhər Məhkəməsi birinci instansiya məhkəməsi kimi Şirvan şəhərinin ərazisi çərçivəsində qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət, inzibati xətalara dair və digər işlərə baxır.

Şirvan Şəhər Məhkəməsinin yeni binası



Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi “Ədliyyə Sisteminin Müasirləşdirilməsi” Layihəsi çərçivəsində Şirvan Məhkəmə Kompleksinin layihəsi hazırlanmışdır. Həmin məhkəmə kompleksində Şirvan Apellyasiya və Şirvan İnzibati-İqtisadi məhkəmələri ilə birgə Şirvan Şəhər Məhkəməsi də yerləşəcəkdir.

Şirvan Şəhər Məhkəməsinin köhnə binası


 

Şəhər və məhkəmə haqqında qısa məlumat

Şirvan Şəhər Məhkəməsi 1930-cu ildə yaradılmış, əvvəlki adı Əli Bayramlı Şəhər Xalq Məhkəməsi olmuşdur. Şirvan Şəhər Məhkəməsi Şirvan şəhərində fəaliyyət göstərir.

1930-cu ilin avqust ayında Şirvana (Əli Bayramlıya) rayon, 1963-cü ildə isə şəhər statusu verilib.

2010-cu ilin statistik məlumatına əsasən Şirvan şəhər əhalisinin sayı 82000-dir.

Şirvan şəhərində 3890 nəfər məcburi köçkün, 211 nəfər qaçqın var. Ərazisi 72.7 kv.km-dir.

Şirvan şəhəri ilə həmsərhəd inzibati ərazi vahidləri Hacıqabul, Sabirabad və Salyan rayonlarıdır.