Şərur Rayon Məhkəməsi

Şərur Rayon Məhkəməsi birinci instansiya məhkəməsi kimi Şərur rayonunun ərazisi çərçivəsində qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət, inzibati xətalara dair və digər işlərə baxır.

Rayon və məhkəmə haqqında qısa məlumat

Şərur Rayon Məhkəməsi 1930-cu ildə yaranmış, əvvəlki adı Noraşen Rayon Məhkəməsi olmuşdur. 1964-cü ildən Noraşen inzibati ərazi vahidi İliç rayonu adlandırılmışdır. O cümlədən, həmin tarixdən Noraşen Rayon Məhkəməsi də İliç Rayon Məhkəməsi adlandırılmışdır.

Naxçıvan MR ərazisində 14.02.1991-ci ilədək İliç adlanan inzibati ərazi vahidi Azərbaycan Respublikası Nazirlər Kabinetinin həmin tarixli qərarı ilə Şərur adlandırılmışdır. O cümlədən həmin tarixdən İliç Rayon Məhkəməsi Şərur Rayon Məhkəməsi adlandırılmışdır.

Şərur rayonunun ərazisi 811,1 kv. km, əhalisi 105.990 nəfərdən ibarətdir.

Şərur rayonu şərqdən Kəngərli, cənub-qərbdən Sədərək rayonları ilə, cənubdan İran İslam Respublikası, şimaldan isə Ermənistan Respublikası ilə həmsərhəddir. Şərur rayonunun ərazisində 117 ailə - 474 nəfər qaçqın, 41 ailə - 155 nəfər məcburi köçkün yaşayır.

Şərur Rayon Məhkəməsində 1 məhkəmə sədri və 1 hakim fəaliyyət göstərir. Məhkəmənin yeni binası 18 dekabr 2009-cu ildə istifadəyə verilmişdir.

Şərur Rayon Məhkəməsinin fəaliyyət göstərdiyi əraziyə Şərur şəhəri və Şərur rayonunun 63 kəndi daxildir.