Şəki Ağır Cinayətlər Məhkəməsi

Şəki Ağır Cinayətlər Məhkəməsi müvafiq ərazi yurisdiksiyası çərçivəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə ağır və xüsusilə ağır cinayət hesab olunan əməllər üzrə cinayət işlərinə baxır, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) məsələsini həll edir.

Şəki Ağır Cinayətlər Məhkəməsinin yeni binası



Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi “Ədliyyə Sisteminin Müasirləşdirilməsi” Layihəsi çərçivəsində Kompleksinin layihəsi hazırlanmışdır. Həmin məhkəmə kompleksində Şəki Apellyasiya, Şəki İnzibati-İqtisadi və Şəki Rayon məhkəmələri ilə birgə Şəki Ağır Cinayətlər Məhkəməsi də yerləşəcəkdir. Bu məhkəmə kompleksinin inşasına 2012-ci ildə başlanılacaqdır.

Şəki Ağır Cinayətlər Məhkəməsinin köhnə binası



Rayon haqqında qısa məlumat
 

Şəki Azərbaycanın ən qədim şəhərlərindən biri olub, təxminən 2700 il bundan əvvəl əsası qoyulub. Şəhər öz tarixi abidələrini və şəhərin tərtibatını yaxşı vəziyyətdə qoruyub saxlaya bilib. Dəniz səviyyəsindən 700 m. hündürdə yerləşir. Sanki bir Amfiteatra bənzəyən bu şəhər dağlar, palıd ağaclı meşələrlə əhatə olunub. Şəki məhsuldar yaylaqlar (otlaqlar) və düzənliklərin qoynunda yerləşir. Onun adı Azərbaycanın ərazisində E.Ə. VII əsrdə peyda olub və şəhərin adının meydana gəlməsi bu ərazidə uzun müddət yaşayan "Sak" tayfalarının adından götürülüb. Orta əsr mənbələrində şəhərin adına müxtəlif formalarda rast gəlmək olar - Şeke, Şəki, Şəkə, Şəkki, Şəkne, Şəken, Şəkkən, Şekin. Uzun müddət şəhər Nuxa adı ilə tanınıb. 18-ci əsrə qədər olan rəsmi sənədlərdə və qaynaqlarda şəhər Şəki adı altında formalaşıb. 1846-ci ildə aparılan islahatlardan sonra bu ərazi mərkəzi Nuxa olmaqla Nuxa qəzası (rayonu) adlandırılıb. Bu heç də Nuxa adını yalnız 19-cu əsrə bağlı olduğunu bildirməyib, əksinə onun adının mənbəyi uzaq keçmişə 10-cu əsrə qədər uzanır.

Məhkəmənin inzibati binasının yerləşdiyi rayon: Şəki

Məhkəmənin fəaliyyət göstərdiyi inzibati ərazi vahidləri: İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən, Yevlax, Ağdaş, Mingəçevir, Göyçay.