Şəki İnzibati-İqtisadi Məhkəməsi

Şəki İnzibati-İqtisadi Məhkəməsi müvafiq ərazi yurisdiksiyası çərçivəsində idarə və ya digər mənsubiyyətindən və tabeliyindən asılı olmayaraq, hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər arasında yaranan iqtisadi və hüquqi statusundan asılı olmayaraq, şəxslər arasında yaranan inzibati mübahisələrə dair işlərə baxır.

Şəki İnzibati-İqtisadi Məhkəməsinin yeni binası



Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi “Ədliyyə Sisteminin Müasirləşdirilməsi” Layihəsi çərçivəsində Şəki Məhkəmə Kompleksinin layihəsi hazırlanmışdır. Həmin məhkəmə kompleksində Şəki Apellyasiya, Şəki Ağır Cinayətlər və Şəki Rayon məhkəmələri ilə birgə Şəki İnzibati-İqtisadi Məhkəməsi də yerləşəcəkdir. Bu məhkəmə kompleksinin inşasına 2012-ci ildə başlanılacaqdır.

Şəki İnzibati-İqtisadi Məhkəməsinin köhnə binası



Rayon və məhkəmə haqqında qısa məlumat

Məhkəmənin yarandığı tarix – 2007-ci il avqust ayı (əvvəlki adı – Şəki Yerli İqtisad Məhkəməsi).

Şəki Azərbaycanın şimal-qərbində, Böyük Qafqaz dağlarının cənub yamacında, dəniz səviyyəsindən 632 m yüksəklikdə yerləşir. Bol su ehtiyatı, normal rütubət balansı, məhsuldar torpaqlar, zəngin meşə örtüyünə malikdir. Meşələrdə palıd, fıstıq, qoz ağacları üstünlük təşkil edir. Heyvanat aləmi zəngindir. Şəki Azərbaycanın mühüm turizm regionudur.

Qaçqın və məcburi köçkünlərin ümumi sayı 1712 ailə - 6868 nəfərdir.

Həmsərhəd inzibati ərazi vahidləri: Oğuz, Qax, Yevlax rayonları və Mingəçevir şəhəridir.
 

Şəki İnzibati-İqtisadi Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidləri:

 

1. Ağdaş rayonu;

 

2. Balakən rayonu;

 

3. Göyçay rayonu;

 

4. İsmayıllı rayonu;

 

5. Qax rayonu;

 

6. Qəbələ rayonu;

 

7. Mingəçevir şəhəri;

 

8. Oğuz rayonu;

 

9. Şəki rayonu;

 

10. Yevlax rayonu;

 

11. Zaqatala rayonu.