Şəki Rayon Məhkəməsi

Şəki Rayon Məhkəməsi birinci instansiya məhkəməsi kimi Şəki rayonunun ərazisi çərçivəsində qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət, inzibati xətalara dair və digər işlərə baxır.

Şəki Rayon Məhkəməsinin yeni binası



Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi “Ədliyyə Sisteminin Müasirləşdirilməsi” Layihəsi çərçivəsində Şəki Məhkəmə Kompleksinin layihəsi hazırlanmışdır. Həmin məhkəmə kompleksində Şəki Apellyasiya, Şəki Ağır Cinayətlər məhkəmələri və Şəki İnzibati-İqtisadi ilə birgə Şəki Rayon Məhkəməsi də yerləşəcəkdir. Bu məhkəmə kompleksinin inşasına 2012-ci ildə başlanılacaqdır.

Şəki Rayon Məhkəməsinin köhnə binası


 

Rayon haqqında qısa məlumat

1920-ci ilin may ayının 5-də Şəkidə sovet hakimiyyəti qurulmuş və Şəki Rayon Xalq Məhkəməsi yaradılmışdır. Şəki – rayonu (1968-ci ilədək Nuxa) 1930-cu ildə təşkil olunmuş və həmin tarixdə də Nuxa rayon Xalq məhkəməsi (indiki Şəki Rayon Məhkəməsi) yaradılmışdır. 1963-cü ilin yanvar ayının 4-də Nuxa rayonu ləğv edilərək ərazisi Oğuz (keçmiş Vartaşen) rayonuna verilmiş, 1965-ci ildə yenidən müstəqil rayon olmuşdur. 1965-ci ildən Nuxa rayonunun adı dəyişdirilərək Şəki rayonu adlandırılmış və eyni vaxtda məhkəmə Şəki Rayon Xalq məhkəməsi adı altında fəaliyyətini davam etdirmişdir. 1992-ci ildən məhkəmə Şəki Rayon Məhkəməsi kimi fəaliyyət göstərir. Şəki dəniz səviyyəsindən 500-850 m hündürlükdə yerləşir. Şəki iri taxılçılıq rayonudur. İqtisadiyyatında üzümçülük, meyvəçilik, baramaçılıq, heyvandarlıq da mühüm yer tutur. Rayonun ümumi sahəsi 2.43 km2, əhalisnin sayı isə 174 min nəfərdir (20 iyun 2011). Erməni işğalçılarının işğalçı siyasəti nəticəsində Şəki rayonunda 6.868 nəfər qaçqın və məcburi köçkün məskulaşmışdır. Rayon Oğuz, Qax, Ağdaş, Yevlax, Qəbələ rayonları və Rusiya Federasiyası ilə həmsərhəddir.