Sabirabad Rayon Məhkəməsi

Sabirabad Rayon Məhkəməsi birinci instansiya məhkəməsi kimi Sabirabad rayonunun ərazisi çərçivəsində qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət, inzibati xətalara dair və digər işlərə baxır.

Sabirabad Rayon Məhkəməsinin binası

 

Rayon haqqında qısa məlumat

Azərbaycanın yenidən Rusiyanın tərkibinə qatılmasından sonra 1920-ci il may ayının 1-dən Petropablovka Salyan qəzası dairə inqilab komitəsinin yeni dövlət hakimiyyəti orqanı kimi ilk dəfə fəaliyyətə başladı.

1921-ci il may ayının 1-dən 1929-cu il aprel ayının 8-ə kimi Sabirabad rayonu Salyan qəzasının Petropavlovka dairəsi kimi fəaliyyət göstərmişdir. 1929-cu il aprel ayını 8-də VI ümumazərbaycan sovetlər qurultayının qəzaları ilə bura Muğam mahalının Petropavlovka dairəsi adlandırılmışdır. 1930-cu il avqust ayının 8-də Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 476№-li qərarına əsasən mahal sistemi ləğv edilmiş və Peropavlovka müstəqil rayon olmuşdur. 1931-ci il oktyabrın 7-də Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin fərmanı ilə Peropavlovkaya Azərbaycanın böyük şairi klassik ədəbiyyatımızda ictimai satiranın banisi M.Ə Sabirin adı verilmişdir. Beləliklə də 1959-cu ildən Sabirabad şəhəri adlandırılmışdır. Ümumi ərazisi 1469.35 km²-dir. Əhalinin ümumi sayı 152 min nəfərədir (14 iyun 2011). Kəndlərin sayı 74 Sabirabadın ərazisi qədim və orta əsr yaşayış yerləri və qədim abidələri ilə zəngindir. Bölgədə aparılmış arxeoloji tədqiqatlar nəticəsində rayonun Surra, Cavad, Abdulyan, Qaratəpə, Qaraqaşlı, Bulaqlı, Zəngənə, Qalaqayın kəndləri ərazisində qədim yaşayış yerləri və nekropollar e.ə.V-I, V-II,e.ə I və eramızın III əsirlərinə aid etmək olar. Rayon ”Muğan” düzənliyinin şimalında, Kür və Araz çaylarının qovuşduğu düzənlikdə yerləşir. Rayonda 1 şəhər, 74 kənd vardır ki, bu yaşayış məntəqələri 25 ərazi nümayəndəliyi və bələdiyyə vasitəsi ilə idarə olunur. Erməni işğalçılarının işğalçı siyasəti nəticəsində Sabirabad rayonunda 6 min 54 nəfər məcburi köçkün və qaçqınlar məskunlaşmışdır. Sabirabad rayonu şimaldan Kürdəmir, Şamaxı rayonları, şərqdən Şirvan şəhəri, qərbdən və cənub şərqdən Salyan rayonu, Qərbdən İmişli rayonu, cənubdan isə Biləsuvar rayonu ilə həmsərhəddir.