Oğuz Rayon Məhkəməsi

Oğuz Rayon Məhkəməsi birinci instansiya məhkəməsi kimi Oğuz rayonunun ərazisi çərçivəsində qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət, inzibati xətalara dair və digər işlərə baxır.

Oğuz Rayon Məhkəməsinin yeni binası



Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi “Ədliyyə Sisteminin Müasirləşdirilməsi” Layihəsi çərçivəsində Oğuz Rayon Məhkəməsinin mütərəqqi beynəlxalq standartlara cavab verən yeni inzibati binası 2011-ci ildə inşa edilmişdir.  


Oğuz Rayon Məhkəməsinin köhnə binası



Rayon haqqında qısa məlumat

Oğuz Azərbaycanın qədim tarixə malik yaşayış məskənlərindəndir. Bura yaşayan insanlar hələ neolit dövründə oturaq həyat tərzi keçirmişlər. Bizim eranın əvvəllərində bu ərazi Qafqaz Albaniyasının, XVIII əsrdə isə Şəki xanlığının tərkibinə daxil olmuşdur. Arxeoloqlar Kərimli və Qarabaldır kəndlərinin yaxınlığında qədim insan məskənləri aşkar etmişlər. Burada nizələr üçün ucluqlar, tunc silah, daşdan hazırlanmış qadın heykəlləri və əsalar tapılmışdır. Oğuz rayonu (1991-ci ilədək Vartaşen) 08 avqust 1930-cu ildə təşkil olunmuş və həmin ildə də Vartaşen rayon Xalq məhkəməsi (indiki Oğuz Rayon Məhkəməsi) yaradılmışdır. 1963-1965-ci illərdə Nuxa (1968-ci ildən Şəki) rayonunun ərazisi Oğuz rayonunun tərkibində olmuşdur. Oğuz rayonu Şəki-Zaqatala iqtisadi rayonunda, Böyük Qafqazın cənub yamaclarında yerləşir. Şimaldan Rusiya Federasiyasının Dağıstan Respublikası ilə həmsərhəddir. Oğuz rayonunda 33 kənd vardır. Rayonun ərazisi 1.77 km², əhalisinin sayı isə 40 min nəfərdən artıqdır (14 iyun 2011). Oğuz rayonu şimaldan Rusiya Federasiyası (Dağıstan MR), şərqdən Qəbələ rayonu, qərbdən Şəki rayonu, cənubdan isə Ağdaş rayonları ilə həmsərhəddir. Erməni işğalçılarının işğalçı siyasəti nəticəsində Oğuz rayonunda 3470 nəfərdən ibarət 759 qaçqın ailə və 2270 nəfərdən ibarət olan 703 məcburi köçkün ailə məskunlaşmışdır. Rayon Yevlax, Tərtər, Ağdam və Ağcabədi rayonları ilə həmsərhəddir.