Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsi

Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsi müvafiq ərazi yurisdiksiyası çərçivəsində idarə və ya digər mənsubiyyətindən və tabeliyindən asılı olmayaraq, hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər arasında yaranan iqtisadi və hüquqi statusundan asılı olmayaraq, şəxslər arasında yaranan inzibati mübahisələrə dair işlərə baxır.

Rayon və məhkəmə haqqında qısa məlumat

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli “Azərbaycan Respublikasının məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər və “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 22 iyun tarixli Qanununun tətbiq edilməsi haqqında” Fərmanının 15-ci bəndinə əsasən, Naxçıvan Muxtar Respublikasının İqtisad Məhkəməsi əsasında Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsi yaradılmışdır.

Məhkəmənin əvvəlki adı: Naxçıvan Muxtar Respublikası İqtisad Məhkəməsi.