Naftalan Şəhər Məhkəməsi

Naftalan Şəhər Məhkəməsi birinci instansiya məhkəməsi kimi Naftalan şəhərinin ərazisi çərçivəsində qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət, inzibati xətalara dair və digər işlərə baxır.

Naftalan Şəhər Məhkəməsinin binası


 

Şəhər və məhkəmə haqqında qısa məlumat

Naftalan Şəhər Məhkəməsi 1993-cü ilin yanvar ayından Naftalan Şəhər Xalq Məhkəməsi kimi, hazırda isə Naftalan Şəhər Məhkəməsi kimi fəaliyyət göstərir.

Naftalan şəhərinə 1967-ci ildən respublika tabeli şəhər statusu verilmişdir. Naftalan Goranboy–Yevlax rayonlarının tərkibində qəsəbə kimi fəaliyyət göstərmişdir. Naftalan şəhərinin tərkibində 2 kənd - Qasımbəyli və Qaşaltıqaraqoyunlu kəndləri yerləşir. Naftalan şəhəri və onun tabeliyində olan 2 kəndlə birlikdə ərazisi 3572 hektar, əhalinin sayı 8043 nəfərdir. Bundan əlavə, məcburi köçkünlərin sayı 2314 nəfər təşkil edir. Naftalan şəhəri və tərkibində olan Qasımbəyli və Qaşaltıqaraqoyunlu kəndləri Goranboy rayonunun ərazisi ilə həmsərhəddir.