Mingəçevir Şəhər Məhkəməsi

Mingəçevir Şəhər Məhkəməsi birinci instansiya məhkəməsi kimi Mingəçevir şəhərinin ərazisi çərçivəsində qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət, inzibati xətalara dair və digər işlərə baxır.

Şəhər və məhkəmə haqqında qısa məlumat

Mingəçevir Şəhər Məhkəməsi 1954-cü ildə yaradılıb. 1948-ci ildə Kür çayı üzərində su elektrik stansiyaları silsiləsinin tikintisi ilə əlaqədar qurulmuş Mingəçevir 1954-cü ildə respublika tabeli şəhər statusu alıb. Əhalisi 98366 nəfərdir. Şəhərdə məskunlaşmış məcburi köçkünlərin sayı-20128 nəfərdir. Ərazisi 0.13 min kv.km-dir.

Quru sərhədi Yevlax rayonu, su sərhədi Yevlax, Samux, Goranboy, Qax, Şəki və Zaqatala rayonları vasitəsilədir.