Masallı Rayon Məhkəməsi

Masallı Rayon Məhkəməsi birinci instansiya məhkəməsi kimi Masallı rayonunun ərazisi çərçivəsində qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət, inzibati xətalara dair və digər işlərə baxır.

Masallı Rayon Məhkəməsinin binası


 

Məhkəmə haqqında qısa məlumat

Masallı Rayon Məhkəməsi –Masallı şəhərində fəaliyyət göstərir. Məhkəmənin inzibati binası Heydər Əliyev prospekti 87-də yerləşir, poçt indeksi 4400-dür. Masallı rayonu 08.08.1930-cu ildə inzibati ərazi vahidi kimi qeydiyyata alınmışdır. Masallı Rayon Məhkəməsinin əvvəlki adı Masallı Rayon Xalq Məhkəməsi olmuşdur. 01.07.2011-ci il tarixə olan məlumata əsasən əhalisinin sayı 203991 nəfərdir, rayon ərazisində 343 nəfər məcburi köçkün, 11 nəfər qaçqın məskunlaşmışdır. Ərazisi 721 kv.km-dir. Masallı raonu Cəlilabad, Lənkəran, Yardımlı, Neftçala və Lerik rayonları ilə həmsərhəddir.