Lerik Rayon Məhkəməsi

Lerik Rayon Məhkəməsi birinci instansiya məhkəməsi kimi Lerik rayonunun ərazisi çərçivəsində qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət, inzibati xətalara dair və digər işlərə baxır.

Lerik Rayon Məhkəməsinin binası


 

Rayon və məhkəmə haqqında qısa məlumat

Lerik Rayon Məhkəməsi 1930-cu ildə yaradılmış, əvvəllər adı Lerik Rayon Xalq Məhkəməsi olmuşdur.

Lerik rayonu ərazisində yerləşir. 1930-cu ildə təşkil olunmuşdur. 76,221 min əhalisi, 1008 kv.km ərazisi vardır. Yardımlı, Lənkəran, Astara, Masallı rayonları ilə həmsərhəddir. Lerik rayonunda qaçqın və məcburi köçkünlər yaşamır.