Lənkəran Rayon Məhkəməsi

Lənkəran Rayon Məhkəməsi birinci instansiya məhkəməsi kimi Lənkəran rayonunun ərazisi çərçivəsində qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət, inzibati xətalara dair və digər işlərə baxır.

Lənkəran Rayon Məhkəməsinin binası

 

Rayon haqqında qısa məlumat

Lənkəran rayonu aqrar-sənaye rayonudur. Tərəvəz və çay istehsalına görə respublikada birinci yerdə gedir. Rayonda balıq, meyvə-tərəvəz konservi, süd, şərab zavodları, bir neçə çay fabriki və başqa müəssisələr vardır. Lənkəran rayonu Azərbaycanın cənub-şərqində, onlarca km-dir məsafəyə uzanıb gedən Lənkəran ovalığında yerləşir. Rayonun ərazisi şərqdən Xəzər dənizi ilə həmhüduddur. Burada 29 min hektar sahə meşələrlə örtülmüşdür. Lənkəran torpağı isti su bulaqları ilə zəngindir. Lənkəran rayonunun ərazisində iki qoruq var: Hirkan və Qızılağac qoruqları. VIII əsrdə Talış xanlığı yaradıldı. Qaraxanın hakimiyyəti dövründə xanlığın paytaxtı Astaradan Lənkərana köçürüldü. Şəhər genişlənməyə başladı. Xanlığın iqtisadi, siyasi və mədəni həyatı inkişaf etdi, dəmirçilik, misgərlik, zərgərlik məmulatlarının istehsalı genişləndi. Lənkəran uzun müddət Talış xanlığının paytaxtı kimi qalmış və Azərbaycanın İranla, Orta Asiya,Hindistan və Rusiya ilə ticarətində mühüm rol oynamışdır. 1813-cü il yanvarın 1-dək Lənkəran xanlığı Rusiya tərəfindən işğal edilmişdir. Sonradan Gülüstan müqaviləsinə əsasən Lənkəran xanlığı Rusiyaya birləşdirildi. Lənkəran rayonu 1930-cu ildə təşkil edilmişdir. Rayonun ərazisi 1539 km², əhalisinin sayı 212 min 915 nəfərdir (01 yanvar 2012). Erməni işğalçılarının işğalçı siyasəti nəticəsində Lənkəran rayonunda 258 nəfər qaçqın və məcburi köçkün məskunlaşmışdır. Rayon Neftçala, Masallı, Astara və Lerik rayonları ilə həmsərhəddir.