Kürdəmir Rayon Məhkəməsi

Kürdəmir Rayon Məhkəməsi birinci instansiya məhkəməsi kimi Kürdəmir rayonunun ərazisi çərçivəsində qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət, inzibati xətalara dair və digər işlərə baxır.

Kürdəmir Rayon Məhkəməsinin binası

 

Rayon haqqında qısa məlumat

Kürdəmir - Azərbaycan Respublikasında rayon. Aran iqtisadi rayonuna daxil olan Kürdəmir rayonu mərkəz kimi 08 avqust 1930-cu ildə yaradılmışdır. Şirvan düzündə yerləşir. Relyefi düzənlikdir. Ərazisinin çox hissəsi dəniz səviyyəsindən aşağıdadır. Əsasən kənd təsərrüfatı rayonudur. Kürdəmir rayonu şərqdən Hacıqabul və Sabirabad, cənubdan İmişli, qərbdən Bərdə, Ucar və Göyçay, şimaldan isə İsmayıllı və Ağsu rayonları ilə həmsərhəddir. Ərazisi 1631,5 km², əhalisi 106 min nəfərdir. (17 iyun 2011). Kürdəmir Rayon mhkəməsi 1930-1940-cı illərə tasədüf edir. Kürdəmir sözünün etimologiyası haqqında bir neçə versiya var. Kürdəmir – "Kür" və "Dəmir" sözlərindən olduğu ehtimal olunur (Şirvan dialektində "Kür" sözü çılğın, cəsur, igid, qoçaq anlamında, "Dəmir" isə həmin ərazidə məskunlaşmış yeddi yaşayış məskəninin, obanın igidlərinin xası, başçısı, sərkərdəsi olan igid Dəmir, qoçaq Dəmir, cəsur Dəmir mənasında işlənmişdir). Kürdəmir - "kür dəymir" sözlərindən götürüldüyü ehtimal olunur. Yəni Kür çayı daşarkən daşqından əziyyət çəkməyən (suyun çatmadığı yerlər) sahə Kürdəmir kimi adlanmış, zaman keçdikcə "Y" sammiti assimilyasiya (aşınma) olmuş və "Kürdəmir" şəklində işlənmişdir.

Erməni işğalçılarının işğalçı siyasəti nəticəsində Kürdəmir rayonunda ümumilikdə sayı 300 nəfər olan 69 qaçqın ailə və ümumi sayı 2234 nəfər olan 614 məcburi köçkün ailə məskunlaşmışdır. Rayon Ağsu, Hacıqabul, Sabirabad, İmişli, Zərdab, Ucar, Göyçay rayon ilə həmsərhəddir.