Xocalı Rayon Məhkəməsi

Xocalı Rayon Məhkəməsi birinci instansiya məhkəməsi kimi Xocalı rayonunun ərazisi çərçivəsində qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət, inzibati xətalara dair və digər işlərə baxır.

Rayon haqqında qısa məlumat

Xocalı rayonu 1991-ci il noyabr ayının 26-da Əsgəran rayonu bazasında yaradılmışdır. Sahəsi 0,97 min km², əhalisi 14 min 155 nəfər (14 iyul 2011). Rayonda 1 şəhər, 2 qəsəbə, 50 kənd olmuşdur. Mərkəzi Xocalı şəhəridir. Ağdam şəhərinin 18, Xankəndi şəhərinin 14 km-iyində, Qarabağ silsiləsində yerləşir. Rayonun ərazisi əsasən dağlıqdır. Ən hundur yuksəkliyi Qızqala və Qırxqızdır (2843 m, 2827 m). Əsas cayları Badara və Qarqardır. Dağ-meşə və dağ cəmən torpaqları movcuddur. Ərazinin 40%-ə qədəri fıstıq, cokə, ağcaqayın, qaraağac və s. ilə zəngindir.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi (Stepanakert) şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal etdi. Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artileriyadan şiddətli atəşə tutuldu. Nəticədə, fevralın 26-ı səhər saat 5 radələrində Xocalı tam alova büründü. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla - 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü. Dövlətin və əhalinin əmlakına 1 aprel 1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vurulmuşdur. Erməni işğalçılarının işğalçı siyasəti nəticəsində Xocalı rayonundan 12 min 833 nəfər qaçqın və məcburi köçkün şəkildə respublikanın müxtəlif regionlarında yerləşmişlər. Rayon Ağdam, Xankəndi, Xocavənd, Şuşa və Ağdərə rayonları ilə həmsərəddir.

Xocalı Rayon Məhkəməsi 2001-ci ildə təsis edilmişdir. Hazırda Xocalı rayonu işğal altında olduğundan Goranbay rayonunda fəaliyyət görsədir.