Xaçmaz Rayon Məhkəməsi

Xaçmaz Rayon Məhkəməsi birinci instansiya məhkəməsi kimi Xaçmaz rayonunun ərazisi çərçivəsində qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət, inzibati xətalara dair və digər işlərə baxır.

Xaçmaz Rayon Məhkəməsinin binası



 

Rayon və məhkəmə haqqında qısa məlumat

Xaçmaz Rayon Məhkəməsi 1965-ci ildə yaranmış və Xaçmaz Rayon Xalq Məhkəməsi adı ilə fəaliyyət göstərmişdir. Sonradan Xaçmaz Rayon Xalq Məhkəməsi Xaçmaz Rayon Məhkəməsi adlandırılmışdır.

Xaçmaz rayonu 1930-cu ildə təşkil edilmişdir. 1963-cü ildə ləğv olunmuş, ərazisi Quba və Qusar rayonlarına verilmişdir. 1965-ci ildə isə yenidən inzibati rayon kimi bərpa edilmişdir.

Xaçmaz rayonunun ərazisi 1063 km, əhalisi 163200 nəfərdir. Rayonun ərazisində 502 nəfər məcburi köçkün yaşayır. Xaçmaz rayonu şimaldan Rusiya Federasiyası ilə, şimal-qərbdən Qusar rayonu ilə, cənubdan Şabran, cənub-qərbdən Quba rayonları ilə həmsərhəddir.