Qusar Rayon Məhkəməsi

Qusar Rayon Məhkəməsi birinci instansiya məhkəməsi kimi Qusar rayonunun ərazisi çərçivəsində qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət, inzibati xətalara dair və digər işlərə baxır.

Qusar Rayon Məhkəməsinin binası


 

Rayon haqqında qısa məlumat

Azərbaycan Respublikasının şimal-şərqində yerləşən Qusar rayonu 1930-cu ildə təşkil olunmuşdur. 1929-cu ildə Quba qəzası ləğv olunmaqla indiki Qusar rayonu yaradılmış, 1934-cü ildən bura şəhər statusu verilmişdir. Ərazisi 1542 kv.m olan rayonda 1 şəhər (Qusar), 1 qəsəbə (Samur), 88 kənd vardır. Quba rayonu və qərbdən Qəbələ rayonu ilə sərhədlərə malikdir. Rayon əhalisinin sayı 89400 nəfərdir, onların 21.5%-i şəhərdə, 78.5%-i kəndlərdə yaşayır. Həmçinin rayonda 33 nəfər məcburi köçkün və 584 nəfər qaçqın yaşayır.