Goranboy Rayon Məhkəməsi

Goranboy Rayon Məhkəməsi birinci instansiya məhkəməsi kimi Goranboy rayonunun ərazisi çərçivəsində qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət, inzibati xətalara dair və digər işlərə baxır.

Goranboy Rayon Məhkəməsinin binası


 



Rayon haqqında qısa məlumat

Goranboy Rayon Məhkəməsi 1930-cu ildə yaranmış, 1938-ci ildən Qasım İsmayılov Rayon Məhkəməsi, 1991-ci ildən isə yenidən Goranboy Rayon Məhkəməsi adlandırılmışdır. Goranboy rayonu 1930-cu ildə təşkil olunmuşdur. 1938-ci ildə adı dəyişdirilərək Qasım İsmayılov rayonu, 1991-ci ildən isə tarixi adı qaytarılaraq Goranboy adlandırılmışdır.

Ərazisi – 1791 kvadrat km-dir.
Əhalisi – 108.5 min nəfər (20420 ev təsərrüfatı).

O cümlədən:
Yerli əhali – 96.8 min nəfər
Məcburi köçkünlər – 7664 nəfər (2089 ailə)
Qaçqınlar – 4.1 min nəfər (1088 ailə)
Əhalinin sıxlığı – 54.0 nəfər (kv.km)

O cümlədən:
Şəhər – 2 (Goranboy, Dəliməmmədli)
Qəsəbə – 5 (Aşağı Ağcakənd, Goran, Qazanbulaq, Kürəkçay, Qızılhacılı)
Kənd – 82
İnzibati ərazi vahidi – 56
Bələdiyyələr – 52
Goranboy–Bakı məsafəsi – 322 km.

Həmsərhəd inzibati ərazi vahidləri: şimal–qərbdən Yevlax, cənub–qərbdən Tərtər, cənub–qərbdən Kəlbəcər, qərbdən Göygöl, şimal–qərbdən Samux rayonları ilə əhatə olunmuşdur.