Qazax Rayon Məhkəməsi

Qazax Rayon Məhkəməsi birinci instansiya məhkəməsi kimi Qazax rayonunun ərazisi çərçivəsində qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət, inzibati xətalara dair və digər işlərə baxır.

Qazax Rayon Məhkəməsinin binası


 

Rayon və məhkəmə haqqında qısa məlumat

Məhkəmə barədə (yarandığı tarix, əvvəlki adı və s.) – Qazax Rayon Xalq Məhkəməsi 1920-ci ildə yaradılıb. Fəaliyyət göstərdiyi rayon (şəhər) barədə (qısa tarixi, əhalinin sayı) – 1930-cu il avqustun 8-də Qazax rayonu yaradılıb, Qazax vaxtilə oymaq, sultanlıq, sonralar isə qəza mərkəzi olmuşdur. 1909-cu ildən şəhər statusu alıb, hazırda isə rayon mərkəzidir. XV əsrin sonlarında Qazax sultanlığı olub. Qazax sultanlığının hakimləri sultan titulu daşıyırdılar və irsi hakimiyyətə malik idilər.

Qazax rayonu respublikanın qərb hissəsində Kiçik Qafqaz dağ silsiləsinin yamaclarından başlayaraq Kür çayının sağ sahili boyunca uzanan geniş Gəncə-Qazax düzənliyinin şərq hissəsində yerləşir. Şimal-qərbdə Gürcüstan Respublikası ilə 9 km, cənub və cənub-qərbdə Ermənistan Respublikası ilə 168 km məsafədə həmsərhəddir.

Həmsərhəd inzibati ərazi vahidləri və s. – Cəfərli, Bala Cəfərli, Quşçu Ayrım, Məzəm, Kəmərli, İkinci Şıxlı, Qaymaqlı, Aslanbəyli, Daş Salahlı, Xanlıqlar, Fərəhli – 7 kənd (Bağanıs Ayrım, Sofulu, Barxudarlı, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara, Xeyrımlı) erməni işğalı altındadır – rayonda 1 şəhər, 34 kənd yaşayış məntəqəsi vardır.