Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi birinci instansiya məhkəməsi kimi Gəncə şəhərinin Nizami rayonunun ərazisi çərçivəsində qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət, inzibati xətalara dair və digər işlərə baxır.

Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin yeni binası


 

Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi “Ədliyyə Sisteminin Müasirləşdirilməsi” Layihəsi çərçivəsində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin mütərəqqi beynəlxalq standartlara cavab verən yeni inzibati binası 2012-ci ildə inşa edilmişdir.
 


Gəncə Şəhər Nizami Məhkəməsinin köhnə binası


 

Rayon və məhkəmə haqqında qısa məlumat

Gəncə Şəhəri Nizami rayonu 1980-ci ildə yaradılmışdır. Rayon əhalisinin sayı 148 min 366 nəfərdir (24 iyun 2011).

Ermənilərin işğalçıq siyasəti nəticəsində Gəncə şəhəri Nizami rayonunda 7.942 nəfər məcburi köçkün və 9.139 nəfər qaçqın məskunlaşmışdır. Rayonun həmsərhəd olduğu inzibati ərazi vahidləri – Göygöl, Daşkəsən və Gəncə şəhərinin Kəpəz rayonudur.

Məlumatlandıraraq nəzərinizə çatdırmaq istərdik ki, indiki Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi sovet hakimiyyəti dövründə 1928-1929-cu illərdə İcraiyyə Komitəsinin Zəhmətkeş, Kəndli və Qırmızı Ordu Deputatlarının Gəncə Səyyar Sovet Məhkəməsi kimi təsis edilib.

Məhkəmə 1930-cu ildən İcraiyyə Komitəsinin Zəhmətkeş, Kəndli və Qırmızı Ordu Deputatlarının Gəncə Şəhər Dairə Sovet Məhkəməsi adlandırılıb.

1931-1938-ci illər İcraiyyə Komitəsinin Zəhmətkeş, Kəndli və Qırmızı Ordu Deputatlarının Gəncə Şəhər Sovet Məhkəməsi, 1939-1956-cı illər Ədliyyə Nazirliyi Kirovabad Şəhəri Nizami Rayon Xalq Məhkəməsi adı ilə əvəzlənib.

1957-1980-ci illər Kirovabad Şəhər Xalq Məhkəməsi.

1980-1989-cu illər Kirovabad Şəhər Nizami Rayon Xalq Məhkəməsi.

1989-cu ildən Gəncə Şəhəri Nizami Rayon Xalq Məhkəməsi.

2000-ci ildən Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi adlanır.