Gəncə Hərbi Məhkəməsi

Gəncə Hərbi Məhkəməsi müvafiq ərazi yurisdiksiyası çərçivəsində müharibə və hərbi xidmət əleyhinə olan böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə dair, habelə hərbi qulluqçular tərəfindən törədilmiş böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə dair işlərə baxır (göstərilən cinayətlər hərbi qulluqçu olmayan şəxsin iştirakı ilə törədilərsə, onun barəsində işə də hərbi məhkəmə tərəfindən baxılır).

Gəncə Hərbi Məhkəməsinin binası


 

Məhkəmə haqqında qısa məlumat

Gəncə Hərbi Məhkəməsi 1992-ci ildə yaradılmış və 2000-ci ilədək Gəncə Qarnizonu Hərbi Tribunalı adı altında fəaliyyət göstərmişdir. 2000-ci ildən bu günədək Gəncə Hərbi Məhkəməsi adı altında fəaliyyətini davam etdirir.

Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin, ağır cinayətlər məhkəmələrinin, inzibati-iqtisadi məhkəmələrin və hərbi məhkəmələrin ərazi yurisdiksiyası haqqında Azərbaycan Respublikası Prezidentinin 09 avqust 2010-cu il tarixli Fərmanına əsasən Gəncə Hərbi Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidləri aşağıdakılardır:

1. Ağstafa rayonu

2. Daşkəsən rayonu

3. Gədəbəy rayonu

4. Gəncə Şəhəri Kəpəz rayonu

5. Gəncə Şəhəri Nizami rayonu

6. Göygöl rayonu

7. Xankəndi şəhəri

8. Xocalı rayonu

9. Kəlbəcər rayonu

10. Qazax rayonu

11. Mingəçevir şəhəri

12. Samux rayonu

13. Şəmkir rayonu

14. Tovuz rayonu.