Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi birinci instansiya məhkəməsi kimi Gəncə şəhərinin Kəpəz rayonunun ərazisi çərçivəsində qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət, inzibati xətalara dair və digər işlərə baxır.

Gəncə Şəhəri Kəpəz Məhkəməsinin binası


 

Rayon və məhkəmə haqqında qısa məlumat

Məhkəmənin yarandığı tarix – 1981-ci il.

Əvvəlki adı – Gəncə Şəhəri Kəpəz Rayon Xalq Məhkəməsi.

Məhkəmənin fəaliyyət göstərdiyi rayon – Gəncə şəhəri Kəpəz Rayonu 1980-ci ildə yaranıb, əhalinin sayı 172.800 nəfər təşkil edir, qaçqın və məcburi köçkünlərin sayı 7660 nəfərdir. Həmsərhəd inzibati ərazi vahidləri Samux və Goranboy rayonlarıdır.