Gəncə İnzibati-İqtisadi Məhkəməsi

Gəncə İnzibati-İqtisadi Məhkəməsi müvafiq ərazi yurisdiksiyası çərçivəsində idarə və ya digər mənsubiyyətindən və tabeliyindən asılı olmayaraq, hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər arasında yaranan iqtisadi və hüquqi statusundan asılı olmayaraq, şəxslər arasında yaranan inzibati mübahisələrə dair işlərə baxır.

Gəncə İnzibati-İqtisadi Məhkəməsinin binası


 

Məhkəmə haqqında qısa məlumat

Azərbaycan Respublikasının məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər və “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 22 iyun tarixli 1043-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2010-cu il tarixli Fərmanına əsasən Gəncə Yerli İqtisad Məhkəməsi əsasında Gəncə İnzibati-İqtisadi Məhkəməsi yaradılmışdır. Məhkəmə fəaliyyətinə 01 yanvar 2011-ci ildən başlamışdır.

Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin, ağır cinayətlər məhkəmələrinin, inzibati-iqtisadi məhkəmələrin və hərbi məhkəmələrin ərazi yurisdiksiyası haqqında Azərbaycan Respublikası Prezidentinin 09 avqust 2010-cu il tarixli Fərmanı ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidləri aşağıdakılardır:

1. Ağdam rayonu

2. Ağstafa rayonu

3. Bərdə rayonu

4. Daşkəsən rayonu

5. Gədəbəy rayonu

6. Gəncə şəhəri

7. Goranboy rayonu

8. Göygöl rayonu

9. Xankəndi şəhəri

10. Xocalı rayonu

11. Kəlbəcər rayonu

12. Qazax rayonu

13. Naftalan şəhəri

14. Samux rayonu

15. Şəmkir rayonu

16. Tərtər rayonu

17. Tovuz rayonu