Biləsuvar Rayon Məhkəməsi

Biləsuvar Rayon Məhkəməsi birinci instansiya məhkəməsi kimi Biləsuvar rayonunun ərazisi çərçivəsində qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət, inzibati xətalara dair və digər işlərə baxır.

Biləsuvar Rayon Məhkəməsinin binası


 

Rayon və məhkəmə haqqında qısa məlumat

1938-ci ildən 1991-ci ilin 7 fevralına kimi Puşkin Rayon Xalq Məhkəməsi, 07 fevral 1991-ci ildən isə Biləsuvar Rayon Məhkəməsi adlandırılmışdır.

Biləsuvar rayonunun əhalisinin sayı 90.09 nəfərdir, köçkün 19.593 nəfər, qaçqın 7 nəfər, ərazisi 1360 kv.km-dir. İran İslam Respublikası, Cəlilabad, İmişli və Salyan rayonları ilə həmsərhəddir.