Balakən Rayon Məhkəməsi

Balakən Rayon Məhkəməsi birinci instansiya məhkəməsi kimi Balakən rayonunun ərazisi çərçivəsində qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət, inzibati xətalara dair və digər işlərə baxır.

Balakən Rayon Məhkəməsinin binası



 

Rayon haqqında qısa məlumat

Balakən rayonunun 57 yaşayış məntəqəsində 83.7 min əhali yaşayır. Rayon etnik tərkibi baxımından rəngarəngdir. Əhalisi əsasən azərbaycanlılar və Qafqaz avarlarından ibarətdir. Etnik azlıqlar içərisində Qafqaz avarları üstünlük təşkil edir. Rayonda avarlardan başqa ingiloylar, qaraçılar, saxurlar, ruslar, ukraynalılar da yaşayır. Qarabağ müharibəsi əlillərinin sayı 94, şəhid ailələrinin sayı 151, məcburi köçkünlərin sayı 265, qaçqınların sayı 138 nəfərdir. Balakən rayonu inzibati vahid kimi 1930-cu ildə təşkil olunmuş, 1963-cü ildə ləğv edilərək Zaqatala rayonuna verilmiş, 1965-ci ildə yenidən müstəqil rayon olmuşdur. Azərbaycanın şimal qərbində Böyük Qafqazın cənub yamaclarında 923 kv.km sahə tutan Balakən rayonu şimalda Rusiya Federasiyası (Dağıstan MR), qərb və cənub-qərbdə Gürcüstan, şərqdə isə Zaqatala rayonu ilə həmsərhəddir.