Daxil ol

Məhkəmə haqqında

Sumqayıt Şəhər Məhkəməsinin yeni binası



Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi “Ədliyyə Sisteminin Müasirləşdirilməsi” Layihəsi çərçivəsində Sumqayıt Məhkəmə Kompleksinin layihəsi hazırlanmışdır. Həmin məhkəmə kompleksində Sumqayıt Apellyasiya və Sumqayıt İnzibati-İqtisadi məhkəmələri ilə birgə Sumqayıt Şəhər Məhkəməsi də yerləşəcəkdir.

Sumqayıt Şəhər Məhkəməsinin köhnə binası


 

Şəhər və məhkəmə haqqında qısa məlumat

1941-ci ildə yaranmış, əvvəlki adı Sumqayıt Xalq Məhkəməsi olmuşdur.

Qaçqın və məcburi köçkünlərin sayı 51779 nəfər.

Abşeron rayonu, Binəqədi rayonu və Xızı rayonu ilə həmsərhəddir.

Yaranma tarixi 22 noyabr 1949-cu il. Əhalinin sayı 406.100 nəfər. Sahəsi 100 kv. km. 1580-ci ildə ingilis səyyahı X.Berac şəhərin adını çəkir. 1949-cu ildə isə “Sumqayıt” şəhər statusunu alır.

Şəhərin adının yaranmasına dair rəvayətə görə, bir gün bir karvan Sumqayıt şəhərinin yerləşdiyi ərazidən keçirmiş, səyyahlar arasında Sum və Ceyran adlı sevgililər varmış. Səyahət zamanı bütün su ehtiyatı qurtarmış, Ceyran isə çox susamışdı. Ceyran Suma əziyyət verməmək üçün bunu ona bildirmir, amma Sum Ceyranın susuzluğunu vəziyyətindən anladığı üçün su dalınca gedir. Ceyran hiss edir ki, getdiyi yerdə Sumu fəlakət gözləyir. Ona görə də qışqırır: “Sum, qayıt!”, “Sum, qayıt!”, lakin Sum qayıdıb gəlmir. Ceyran uzun müddət orada dayanıb Sumu gözləsə də, Sum qayıdıb gəlmir və bununla da həmin yer “Sum-qayıt!” adlanmaqla şəhərin adı belə yaranır.

Amma onun dəqiq tarixi məlumatı yoxdur.