Daxil ol

Daxil ol

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi

Məhkəmə haqqında

http://courts.gov.az/az/nasimi

2016-09-25 20:28:44

Məhkəmə haqqında

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin binası


 

Rayon haqqında qısa məlumat

Nəsimi rayonu 1969-cu ildə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində yaradılmışdır. Ərazisi - 10 kv.km, əhalisi - 205.3 min nəfər.

Nəsimi rayonu onu əhatə edən indiki Yasamal, Səbail və Nərimanov rayonlarının əraziləri hesabına yaradılmışdır.

Nəsimi rayonu Yasamal, Səbail, Binəqədi və Nərimanov rayonları ilə həmsərhəddir.

Ermənistan Respublikasının təcavüzü nəticəsində 1988-ci ildən başlayaraq qaçqın düşmüş soydaşlarımızın bir qismi - 17.476 nəfəri və ya 3726 ailə müvəqqəti olaraq rayonun ərazisində məskunlaşmışdır. İşğal edilmiş bölgələrdən olan məcburi köçkünlərin 11.401 nəfəri və ya 2797 ailə də Nəsimi rayonunda məskunlaşmışdır.

Rayon Bakı şəhərində yerləşir və Bakı-Abşeron iqtisadi zonasına daxildir. Rayonda 1 rayon bələdiyyəsi var, qəsəbə və kənd yoxdur.

01.07.2009-cu il tarixə rayon ərazisində fəaliyyət göstərən 1235 müəssisə və təşkilat Məşğulluq Mərkəzində qeydiyyatda olmuşdur.

Rayonda 13 turizm obyekti, 33 orta məktəb, 4 texnikum və kollec, 8 ali məktəb - Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət Tibb Universiteti, Bakı Musiqi Akademiyası, Asiya Universiteti, Təhsil Problemləri İnstitutu, Dağıstan Universitetinin Bakı filialı, Cənubi Rusiya Humanitar Universitetinin Bakı filialı, 1 axşam ümumtəhsil məktəbi, 1 peşə məktəbi fəaliyyət göstərir.