Daxil ol

Daxil ol

Culfa Rayon Məhkəməsi

Məhkəmə haqqında

http://courts.gov.az/az/julfa

2016-09-24 20:33:11

Məhkəmə haqqında

Rayon haqqında qısa məlumat

Culfa rayonu Naxçıvan şəhərindən şərqdə yerləşir. Culfa şəhəri Araz çayının sahilində, İranla sərhəddə yerləşir. Rayon şimal-şərqdən Ermənistan, cənubdan isə İran İslam Respublikası ilə həmsərhəddir. Azərbaycan Culfasına, demək olar, simmetrik şəkildə Arazın o biri sahilində, eyni ilə Culfa adlanan Cənubi Azərbaycan şəhəri yerləşir. Keçmişdə İrandan Şirvana, Gürcüstana, Dağıstana gedən qədim karvan yolu buradan keçirdi. Culfa rayonu 08 avqust 1930-cu ildə təşkil edilmiş və həmin ildə də Culfa Rayon Xalq Məhkəməsi yaradılmışdır (indiki Culfa Rayon Məhkəməsi). Rayon əhalisinin sayı 42 min 596 nəfər təşkil edir (01 yanvar 2011). Ümumi ərazisi 994.4 km²-dir. Rayon 21 inzibati ərazi vahidindən və 25 yaşayış məntəqəsindən (1 şəhər 24 kənd) ibarətdir. Erməni işğalçılarının işğalçı siyasəti nəticəsində Culfa rayonunda 36 ailədən ibarət 108 nəfər qaçqın, 7 ailədən ibarət 18 nəfər məcburi köçkün məskunlaşmışdır.